Prezident dəfn edildi: ƏLVİDA İslam Kərimov! - FOTO/VİDEOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Prezident dəfn edildi: ƏLVİDA İslam Kərimov! - FOTO/VİDEOLAR (YENİLƏNİB)

 

Özbəkistanın ilk Prezidenti İslam Kərimov bu gün Səmərqənddə "Şahi-Zində" qəbiristanlığında dəfn olunub.

 

Publika.az bu barədə xarici mediaya istinadən bildirir ki, İ.Kərimova son mənzilə minlərlə insan - şəhər sakinləri, siyasətçilər, xarici ölkələrin nümayəndələri yola salıblar.

 

Qeyd edək ki, mərhum Prezidentinin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan olunub.

 

***

14:21

Səmərqəndin mərkəzindəki Reqistan meydanında keçirilən vida mərasiminin tamamlanmasından sonra Özbəkistan prezidenti İslam Kərimovun 21 metrlik kəfənə bükülmüş bədəni dəfn olunması üçün aparılıb.

 

Publika.az bildirir ki, bu haqda mərasimdə iştirak etmiş diplomatlar "RİA-Novosti" xəbər agentliyinə danışıblar. İslam Kərimovun cəsədi valideynlərin dəfn olunduqları tarixi Şahi-Zinda qəbiristanlığına aparılıb. Onların qəbri XIX əsr Həzrəti-Xızır məscidinin ətrafındadır.Reqistan meydanından Şahi-Zinda qəbiristanlığına qədər iki kilometr məsafə var.

 

Son 20 ildə Şahi-Zindada heç kim dəfn olunmayıb. Amma Özbəkistanının birinci prezidenti üçün istisna edilib.

 

Prezidentin cəsədini onun qohumları və yaxın şəxslər aparırıblar. İslam Kərimovu son mənzilə bir neçə min insan yola salır: şəhər sakinləri, siyasətçilər və xarici ölkələrin nümayəndə heyətləri.

 

***

14:00

Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində 17 ölkədən nümayəndə heyəti iştirak edəcək.

 

Publika.az xəbər verir ki, bu haqda "RİA-Novosti" agentliyinə Özbəkistanın hökumətinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

 

"Dəfndə iştirak etmək üçün on yeddi ölkədən nümayəndə heyəti gəlib. Xüsusi halda, Səmərqəndə Əfqanıstan, Tacikistan və Türkmənistan prezidentləri, Belarus, Gürcüstan, Rusiya, Qazaxıstan və Qırğızıstanın baş nazirləri, həmçinin Çin, Cənubi Koreya və Ukraynanın baş nazirin müavinləri gəlib", - xəbərdə deyilir.

 

Azərbaycanı isə dəfn mərasimində Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edəcək. O.Əsədovla yanaşı, nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.

 

Qeyd edək ki, dəfn mərasimi yerli vaxtla saat 10:00-da başlanacaq.

 

***

10:00

Səhər saatlarında minlərlə Daşkənd sakini mərhum Özbəkistan Prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün küçələrə çıxıb.

 

Publika.az Özbəkistan mediasına istinadən bildirir ki, Daşkəndin mərkəzindən hava limanına qədər uzanan yol boyunca əllərində gül olan insanlar düzülüb.

Qeyd edək ki, Özbəkistan Prezidenti İ.Kərimov ötən gün vəfat edib.

 

Ömər Dağlı

 

 

 

 

 

 

 

 

 

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm