“Dördgünlük müharibə”dən sonra...” – Ermənistandan ŞOK ETİRAF
Bizi izləyin

Dünya

“Dördgünlük müharibə”dən sonra...” – Ermənistandan ŞOK ETİRAF

“3 sentyabr tarixini Ermənistanda uzun müddət xatırlayacaqlar. 3 sentyabr 2013-cü il Serj Sarkisyan Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olduğunu elan etdi”.

Publika.az xəbər verir ki, bunu erməni siyasi müşahidəçi Naira Ayrumyan “Lragir” nəşrinə “İllüziyaların sonu” başlıqlı yazısında bildirib.

“Assosiasiya haqqında razılaşma üzrə Avropa Birliyi ilə üç illik danışıqdan sonra – 2013-cü ilin avqustunda Ketrin Eşton (Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə keçmiş komissarı – red.) Ermənistana gəldi və danışıqların müvəffəqiyyətlə tamamlanmasını elan etdi. Serj Sarkisyan 3 sentyabrında gözlənilmədən bildirdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olacaq”, - müşahidəçi Serj Sarkisyanın Moskva səfərindən sonra baş verənləri xatırladıb.

Onun sözlərinə görə, həmin vaxt yalnız Ermənistan deyil, bütün Avropa siyasətçiləri şokda idilər: “Bu, onlar üçün gözlənilməz idi. Aydınlaşdırmaq çətin idi ki, məhz hansı nöqtədə Ermənistan sərt dönüş etdi. Fikir var ki, heç bir dönüş yox idi. Avropa Birliyi ilə danışıqlar Ermənistana yalnız Qərb pulunu və siyasi dəstəyi cəlb etmək üsulu idi. Bu fikir hətta hazırda yaşamaq hüququna malikdir ki, Ermənistan Avropa Birliyi ilə yeni razılaşma üzrə danışıqlar aparır. Bu mənada 3 sentyabr hakimiyyət üçün dönüş günü olmadı. Həmin gün Ermənistan cəmiyyəti üçün illüziyaların sonu oldu. Serj Sarkisyanın dürüst etirafı idi ki, qərar bir gecə ərzində qəbul edilmişdi. Bu, Ermənistan-Rusiya “dostluğunun” bütün qüsurlu mahiyyətini göstərdi”.

Naira Ayrumyanın sözlərinə görə, 3 sentyabrdan sonra hakimiyyət Rusiyanın xeyrinə və Ermənistanın müstəqilliyini məhdudlaşdıran aktları daha çox qəbul edir və nəticədə cəmiyyətdə anti-rus əhval-ruhiyyələr yüksəlirdi. Siyasi müşahidəçi bildirir ki, vəziyyət Gümrüdə rus hərbçisi Permyakov tərəfindən Avetisyan ailəsinin qətli və “dördgünlük müharibə”dən sonra daha da ağırlaşdı

“Aydın oldu ki, Rusiya təhlükəsizlik baxımından Ermənistan üçün əhəmiyyət kəsb etmir, ehtimal ki, təhlükədir”, - o, qeyd edib.

O, bildirib ki, Rusiya ekspertlərinin hesablamalarına görə, Ermənistanda anti-rus əhvali-ruhiyyədə olan əhalinin sayı 18 faizdən 84 faizə qədər artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm