Tanklar daha bir qəsəbəyə hücuma başladı - VİDEO
Bizi izləyin

Dünya

Tanklar daha bir qəsəbəyə hücuma başladı - VİDEO

Suriyanın Cerablus mahalında davam edən “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə aid tanklar Cerablusdan sonra türkman qəsəbəsi olan Çobanbəyə girib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk mərhələdə Əlbəyli sərhəd-keçid məntəqəsindən 4 tank keçib.

Hazırda sərhədi keçmək üçün 20-dən çox tank hazır vəziyyətdə gözləyir.

Qeyd edək ki, Cerablus və Çobanbəy arasında əlaqəni təmin edərək bölgəni İŞİD terror təşkilatından təmizləmək “Fərat Qalxanı” əməliyyatının üçüncü mərhələsini təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm