Kərimovu kim əvəz edəcək: Düşmən bacılar, yoxsa nazirlər? – SİYAHI
Bizi izləyin

Dünya

Kərimovu kim əvəz edəcək: Düşmən bacılar, yoxsa nazirlər? – SİYAHI

Özbəkistan prezidenti İslam Kərimovun ölümü onun ən yaxın dairəsində zəlzələ effekti yaradıb. Ölkədə hakimiyyət uğrunda mübarizə başlanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu italiyalı politoloq Tiberio Qrasiani ən ehtimal edilən varisin baş nazir Şövkət Mirziyoyev olduğunu bildirib.

“Fikrimcə, baş nazir Şövkət Mirziyoyev və Milli Təhlükəsizlik Xidmətinin başçısı Rüstəm İnoyatov prezident postuna əsas iddiaçılar”, - o, deyib.

Ancaq, onun sözlərinə görə, üçüncü namizəd də var və prezident kreslosu uğrunda onun mübarizəsini də istisna etmək olmaq. Bu şəxs baş nazirin birinci müavini və maliyyə naziri Rüstəm Əzimovdur.

Qeyd edək ki, hazırkı vəziyyətdə ölkədəki proseslərə təsirinin az olmasına baxmayaraq, İslam Kərimovun kiçik qızı Lola Kərimova və Londonda ev həbsi altında olduğu deyilən böyük qızı Gülnarə Kərimova da siyahıdan silinmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm