Dünya
Çində Obamaya hörmətsizlik: Məsləhətçisinin qarşısını kəsdilər... – VİDEO
ABŞ prezidenti Barak Obama G20 sammitinin keçirildiyi Xancjou aeroportunda xoşagəlməz insidentlə üzləşib. Ağ Evin rəhbərinin endiyi trapa qırmızı xalı açılmayıb. Bu səbəbdən Obama ehtiyat çıxışdan istifadə etməli olub.
Bunun ardınca Obamanın köməkçisi ilə Çin məmuru arasında münaqişə yaranıb. Həmin məmur ABŞ prezidenti ilə uçan jurnalistlərdən aroportda baş verənləri işıqlandırmamağı xahiş ediblər.
Ağ Evin nümayəndələri isə buna cavab olaraq bildiriblər ki, ABŞ öz lideri üçün qaydaları özü müəyyənləşdiir.
“Bu bizim ölkəmizdir! Bu bizim aeroportumuzdur!”, - deyə amerikaılara cavab verən çinli məmur Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syuzan Raysın qarşısını kəsib.
Lakin bu yeganə insident olmayıb. Amrikalı jurnalistlərin bildirdiyinə görə, daha bir insident sammit öncəsi Obama və Çin rəhbəri Si Tszinpinin ikitərəfli danışıqlar apardığı rezidensiyada baş verib. Orada ABŞ nümayəndə heyətini müşayiət edən Çinin təhlükəsizlik işçiləri ilə bu ölkənin digər asayiş mühafizəçiləri arasında ciddi mübahisə yaranıb. Hətta çinlilərin az qala əlbəyaxa olduqları bildirilir. Buna səbəb isə Obama və Si Tszinpinin görüşünə amerikalı jurnalistlərin məhdud sayda buraxılması olub. Çin tərəfi zala cəmi 10amerikalı jurnalisti buraxıb. Bu isə ABŞ tərəfinin ciddi narazılığına səbəb olub.
oxu.az
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR