• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Putinlə Merkel görüşdü: Çində Ukrayna və Suriya müzakirəsi

  • Dünya
  • 5 Sentyabr 2016 01:36
Putinlə Merkel görüşdü: Çində Ukrayna və Suriya müzakirəsi

Çində keçirilən "G-20" sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında görüş olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bildirib.

"Danışıqlar zamanı tərəflər Ukrayna üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsi və Suriyanın Hələb şəhərində yaranan vəziyyəti müzakirə ediblər. Görüş iki saatadək davam edib", deyə Ş.Zaybert qeyd edib.

Rusiya prezidenti Çində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR