İsrail ordusu Suriyanı bombaladı
Bizi izləyin

Dünya

İsrail ordusu Suriyanı bombaladı

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Qolan təpələrinin şimalında yerləşən Suriya ordusuna aid 4 hərbi düşərgəni vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumatda deyilir ki, Bəşər Əsədə məxsus Suriya ordusu İsrail tərəfini minaatanlarla atəşə tutub:

“Xoşbəxtlikdən bu atəş zamanı ölən və ya yaralanan olmayıb. İsrail ordusu isə dərhal həmin atəşə cavab vermək üçün döyüş təyyarələrini havaya qaldırıb. Hava əməliyyatı zamanı İsrail təyyarələri Suriyadakı 4 hədəfi məhv edib. İndiyədək Suriyadan İsrail ərazisinə mütəmadi olaraq atəş açılıb və İsrail tərəfi Suriyaya bir neçə dəfə xəbərdarlıq edib. Bu xəbərdarlığa əməl olunmadığı üçün İsrail dövləti bu addımı atdı. Əgər bu cür hallar təkrarlanarsa, İsrail dövləti yenə də buna layiqli cavab verəcək”.

Xatırladaq ki, Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları vardır. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş “altı günlük müharibə” zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə isə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm