Putin və Obama nədən danışdı? (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Putin və Obama nədən danışdı? (YENİLƏNİB)

Barak Obama və Vladimir Putin arasındakı görüş başa çatıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün yaxşı keçdiyini bildirib. O, görüşün planlaşdırıldığından daha çox – 70 dəqiqə davam etdiyini bildirib. Peskov prezidentlərin Suriya və Ukrayna məsələlərini müzakirə etdiyini deyib.

Eyni zamanda, Sergey Lavrov və Con Kerri təkbətək danışmağa vaxt tapıb.

***

Çinin Xançjou şəhərində keçirilən G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında görüş başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, görüş Beynəlxalq Sərgi Mərkəzində keçirilir.

Görüşdə Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, mətbuat katibi Dmitri Peskov, ABŞ tərəfdən isə dövlət katibi Con Kerri iştirak edir.

Daha əvvəl Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin və Obama bazar gün bir neçə dəfə ayaq üstündə danışıblar və ayrı görüşün keçirilməsi barədə razılaşıblar. Onun sözlərinə görə, dövlət başçılarının görüşündə əsas mövzu Suriyadakı vəziyyət ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm