Fətullah Gülənin gizli danışıqlarda işlətdiyi söyüşlər
Bizi izləyin

Dünya

Fətullah Gülənin gizli danışıqlarda işlətdiyi söyüşlər

Türkiyədə FETÖ işi ilə bağlı hazırlanan iddianamədə Pensilvaniyada yaşayan Fətullah Gülənin qeydləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, polisin əldə etdiyi qeydlərdə F. Gülənin siyasi liderlərlə bağlı işlətdiyi ifadələr yer alıb.

Turqut Özal haqqında

Rəhmətlik Özala getmişdim. Prostatdan əməliyyat olunmuşdu, ehtimal ki, prostat xərçəngi idi. Mənə “Xocam, MİT-ə getdim, rəsmilərdə çox danışdım, amma həll edə bilmədim” dedi. Mərhum Özal 3 məsələni həll edə bilmədi. MİT, işdən xaric olmalar və ağalar məsələsini. Məsut Yılmaz isə axmağın biri idi, heç kömək etmədi. Məktəblərə sahib də çıxmadı. Ədəbi az olan biri idi.

Süleyman Dəmirəl haqqında

Dəmirəl yəhudidir. İllərlə müsəlmanlara xoş görünmək üçün çalışdı.

Alparslan Türkeş haqqında

Ona üç məktub göndərdim. İkisi Osmanlıca, biri türkcə idi. Dövlət Baxçalının əli ilə bu partiyanı dindən uzaqlaşdırdılar. Dindar insanları partiyadan çıxarırlar. Muhsin Yazıcıoğlu hormonsuz bir Anadolu uşağı idi. Bunların irəlidə gedənlərin nə olduğu bəlli deyil, partioyanı dinsizləşdirmək istəyirlər.

Tansu Çiller haqqında

Tansu xanımla “Asiya Finans” bankının açılışında görüşdük. “Xocam, nə üçün xanım işçilər götürmürsünüz” dedi. Feminist tərəfi tutdu. Bunlar İslamı da bilmirlər, başlarındakı insnlara baxın.

“Akşam” qəzeti yazır ki, F. Gülən qeyri-rəsmi danışıqlarında daha çox söyüşlü, qeyri-etik ifadələr işlədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm