Ərdoğan Moskvada Əsədlə görüşəcək? – Kremldən AÇIQLAMA
Bizi izləyin

Dünya

Ərdoğan Moskvada Əsədlə görüşəcək? – Kremldən AÇIQLAMA

Kreml Türkiyə, Rusiya və Suriya prezidentlərinin mümkün görüşü haqqında informasiyanı təkzib edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Bəşər Əsəd arasında görüşün nəzərdə tutulmadığını bildirib.

Qeyd edək ki, daha əvvəl Livanın “As Safir” qəzeti Türkiyə prezidenti sentyabrın sonuna kimi Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşəcəyini iddia edib. Nəşrin məlumatına görə, Türkiyə və Suriya prezidentlərinin görüşü 18-22 sentyabr aralığında olacaq. “As Safir” yazır ki, Türkiyə prezidenti avqustun 9-da Sankt-Peterburqa səfəri zamanı Suriya nümayəndə heyəti Moskvada olub.

Nəşr həmçinin bildirib ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan görüşün detallarını müzakirə etmək üçün sentyabrın 10-da və ya 15-də Dəməşqə səfər edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm