“Müharibə sabah başlayacaq...“ – Putin DİLEMMA QARŞISINDA
Bizi izləyin

Dünya

“Müharibə sabah başlayacaq...“ – Putin DİLEMMA QARŞISINDA

“Qaçqınların basqını və terrorizm eyş-işrəti Putinin erasına son qoya bilər”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina bildirib.

“Düşünürəm ki, İslam Kərimovun varisi böyük ehtimalla radikal musəlmanlara qarşı mübarizə aparmalı olacaq. Fikrimcə, ölkədə Suriya modeli üzrə vətəndaş müharibəsinin böyük təhlükəsi mövcuddur. Bu, o demək deyil ki, müharibə sabah başlayacaq. Amma bu, o deməkdir ki, müharibə 10-20 il ərzində baş verə bilər”, - jurnalist qeyd edib.

Onun sözlərinə görə, müharibə Mərkəzi Asiyanın başqa ölkələrində də baş verə bilər. Yuliya Latınina bunun Rusiya üçün acınacaqlı nəticələrinin ola biləcəyini qeyd edib: “Bu, həqiqətən faciə ola bilər. Müharibə ona gətirib çıxara bilər ki, bütün bu qaçqınlar Rusiyaya, keçmiş metropoliyaya qaçacaqlar. Bizdə Asiya miqrantlarının yolunda heç bir maneə yoxdur. Putin hökuməti bu vəziyyətə çox yaxşı baxır, çünki miqrantlar müxtəlif tikintilər üçün havayı qulların tükənməz mənbəyidir”.

Nüfuzlu jurnalist hesab edir ki, Qazaxıstanda başlanacaq müharibə Rusiya üçün ciddi problemlər yaradacaq: “Çünki orada böyük miqdarda ruslar yaşayır. Qazaxıstanı təsəvvür edin. Minlərlə rusu cihadın qara bayrağı altında kəsirlər. Və Putin və ya Rusiyanı idarə edən başqası xoşagəlməz dilemma qarşısında qalacaq. Real sual yaranır: qoşunları Qazaxıstana daxil etmək və ya heç nə etməyərək miqrantları qəbul etmək. Miqrantlar isə artıq qəbiristanlıqda dava etməyəcəklər (Son vaxtlar qəbiristanlıqlar Rusiyada miqrantlar arasında qarşıdurmaların baş verdiyi məkanlardan birinə çevrilib –red.), bütün ölkə üzrə terror aktları törədəcəklər”.

O, əlavə edibi ki, bütün bunların qarşısını almaq üçün indiki Rusiya tamamilə gücsüzdür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm