Putinin köməkçisinə verilən sümük, Terezanın ayaqları və ət davası... – G-20-nin pərdəarxası
Bizi izləyin

Dünya

Putinin köməkçisinə verilən sümük, Terezanın ayaqları və ət davası... – G-20-nin pərdəarxası

Çinin Xan Çjou vilayətində keçirilən G-20 (Böyük İyirmilik) sammiti bir çox maraqlı və qalmaqallı anları ilə yadda qalıb.

Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri sammitin ilk günündə - sentyabrın 4-də baş verənləri qələmə alıb.

***

Rusiya prezidenti Vladimir Putin Çinə gələn kimi ilk olaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdü. Görüşün başlanmasından yarım saat əvvəl Rusiya nümayəndə heyəti artıq görüşün olacağı otağa toplaşmışdılar. Energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Serqey Kiriyenko, “Qazprom”un sədri Aleksey Miller burada idi. Təəccüblü şəkildə hər kəs xoşbəxt görünürdü. Miller nə haqdasa danışır və hey gülürdü. Sanki Qərbin sanksiyalarından əziyyət çəkən şirkətin rəhbəri o deyildi. Aleksey Miller “Rosneft”in rəhbəri İqor Seçini görən kimi onu qardaşı kimi qucaqladı. İkisi də eyni ölkədən gəlməsinə baxmayaraq, sanki illərlə bir-birilərini görmürdülər.

Daha sonra xarici işlər naziri Sergey Lavrov gəldi. Türklər gözə dəymirdi, sonra isə onlar hamısı birlikdə otağa daxil oldular. Vaxtilə bir-birinə düşmən kimi baxan Mövlud Çavuşoğlu ilə Sergey Lavrov bu dəfə gülərüz salamlaşdı. Hətta bir-birini baxışları ilə əzizləyirdilər. Əgər nifrətlə sevgi arasında bir addımlıq məsafənin olduğunu düşünsək, bu, o qədər də təəccüblü deyil.

Türklərlə ruslar arasında qəribə atmosfer var idi. Onlar sanki heç nə olmamış kimi davranır və bir-birilərini inandırmağa çalışırdılar ki, həqiqətən də heç nə baş verməyib, hər şey əladır.

Və budur liderlər gəldi. Ərdoğanla Putin çox səmimi münasibət göstərirdilər. Ərdoğan kəşfiyyat şefi olan Hakan Fidanı təqdim edəndə Putin onunla zarafat etdi. Ona bildirdi ki, indi nə haqdasa danışmağa sözləri yoxdur, çünki hər şeyi Ərdoğanla müzakirə edib. Ərdoğan isə əvvəlcə susdu və onun nümayəndə heyətində bir saniyəlik gərginlik yaşandı. Zarafatı tərcümə edəndən sonra isə hər kəs gülüşdü.

***

Çin lideri Si Szsinpinlə görüş dondurma məsələsi ilə yadda qaldı. Belə ki, Putin qəfil çinli həmkarına dedi ki, ona dondurma hədiyyə gətirib. Deyib ki, Vladivastokda çinli biznesmenlər rus dondurmalarını Çinə aparmaqda onlara maneəçilik törətdiklərindən şikayət edib. O da söz verdiyi kimi Çin liderinə rus dondurması hədiyyə edib.

Çin lideri cavabında rus dondurmalarını sevdiyini bildirdi.

“Ən çox da qaymaqlı olanı” – deyə Çin lideri dəqiqləşdirir.

***

40 dəqiqə sonra şəhərin mərkəzində G-20-liyin birinci iclası keçirilməli idi. Ona qədər Şanqri-Lan” mehmanxanasında Putini Böyük Britaniyanın baş naziri Tereza May gözləyirdi.

Bu qadın çox təsirli idi, hətta Merkeldən belə. Maraqlıdır ki, o, söhbətə başlayanda görüşən kimi əyləşdi. Güman ki, bununla öz təcrübəsizliyini nümayişkaranə şəkildə biruzə verirdi: “bəli, mən təcrübəsizəm”. Amma onun hədəfi bununla öz həmsöhbətini ələ almaq və onu üstələmək idi.

Onun ayaqları görünür və bu ayaqlar Terezanın gənc olduğuna işarədir. Bəlkə də onu irəlidə dəmir, mis, yaxud polad qadın deyə çağıracaqlar, amma bu görüşdə onun əyləşməsi həqiqətən bir başqa cür idi. Çünki o, hər şeydən əvvəl bir xanımdır. Amma o, fotogenik deyil, daha çox telegenikdir.

***

Danışıqlar arasında fasilələr olur. Budur, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov futbolka və krosovkalarla liftdən çıxır. Angela Merkellə Putinin görüşü öncəsi o, çox yorulub və Süxi gölünün kənarında dincləməyə gedir. Axı, bu görüş mühümdür, çünki onun məsuliyyət daşıdığı zonanı – Ukraynanı müzakirə edəcəklər.

O, “Time” jurnalının onun bu yaxınlarda Yunanıstanın Afon bölgəsində olması haqda xəbərlərə ayaqüstü münasibət bildirir. Deyir ki, Afonda lap əvvəllər olub, amma hər şey jurnalın dediyi kimi deyil.

Vladislav Çin restoranında qarşılaşdıqlarını maraqla danışır. Belə ki, o, restoranda toyuq sifariş verib, amma əvəzində yalnız sümük gətiriblər. Ardınca ördək qızartması istəyib, nəticə isə eyni olub.

“İndi mənə deyin görüm, bunlar ətləri neynirlər?” – deyə o, Süxi gölünün ətrafında həmsöhbətlərindən soruşur.

Göl ətrafında gəzinti bir saat yarım çəkir.

Daha sonra Merkellə görüş başladı.

- Sabahınız xeyir.

Merkel Putinə dedi.

- Mən ümid edirəm ki, sizin hələ də gücünüz qalıb – Putin mərhəmətlə dedi – axşamınız xeyir.

- Problem yoxdur, Avropada hələ səhərdir – Merkel deyir.

Onlar yorulublar və xüsusi danışıqlardan öncə nəsə danışıb özlərini daha da yormaq istəmirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm