“Erməni soyqırımı” qərarının arxasındakı SİRR: Merkel niyə diz çökdü? - VİDEO
Bizi izləyin

Dünya

“Erməni soyqırımı” qərarının arxasındakı SİRR: Merkel niyə diz çökdü? - VİDEO

“Baş nazir Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısında diz çökdükdən iki gün sonra Ankaradan müsbət xəbərlər gəldiyini açıqladı”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Almaniyanın “Neue Osnabrücker Zeitung” nəşri yazıb.

Qəzet qaçqın böhranının Türkiyənin əlində böyük bir kart olduğunu bildirib.

Almaniya hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını şərh edən nəşr Ərdoğanın güc qazandığını bildirib: “Almaniyalı millət vəkilləri İŞİD-lə mübarizə üçün beynəlxalq koalisiyaya strateji dəstək vermək məqsədilə İncirlik bazasında olan alman əsgərlərinə baş çəkə biləcək. Bu, yaxşı bir xəbərdir. Ancaq bu icazənin verilməsində rol oynayan şərtlər kefi qaçırır. Kim bilir, bundan sonra nələr olacaq? Qəti olan odur ki, Almaniya və Avropa Birliyi Türkiyə ilə qaçqın razılaşması əldə etməklə şantaj üçün açıq hədəf halına gəlib. Ərdoğan bundan əməllibaşlı faydalanır və Qərb siyasətçilər qarşısında kiçildikcə, o, daha çox güc qazanır”.

Qeyd edək ki, Ankara və Berlin arasındakı əlaqələr Almaniya Bundestaqın iyunun 2-də “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edilməsindən sonra pisləşib. Bundan sonra Türkiyə alman deputatların İncirlik bazasında almaniyalı əsgərlərə baş çəkməsinə icazə verməyib.

Sentyabrın 2-də isə diplomatik mənbəyə istinadən “Der Spiegel” qəzeti bildirib ki, Almaniya hökuməti parlamentin qəbul etdiyi qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni tanımaq niyyətində deyil. Mənbə bildirib ki, bu, Berlinin Ankaraya “siyasi jesti” kimi qiymətləndirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm