Ərdoğan: “Putin və Obamaya təklifim budur ki...”
Bizi izləyin

Dünya

Ərdoğan: “Putin və Obamaya təklifim budur ki...”

“Altı yüz min insanın öldüyü Suriyada qatil Əsədi müdafiə etmək insanlıq üçün utanc mənbəyidir. Problemin təməlinə enmədən qaçqın problemi də həll edilə bilməz”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində təşkil edilən G20 sammitində keçirdiyi mətbuat konfransında deyib.

“Terrorçunun yaxşısı-pisi olmaz. Terror təşkilatları arasında ayrı-seçkilik edilərsə, bu bumeranq kimi həmin ölkələri də vurar. YPG, PYD, FETÖ və İŞİD-i bir-birindən ayrı tutanları rədd etməliyik. Biz terrorizmlə mübarizəni davam etdirməyə qərarlıyıq. Cerablus əməliyyatı bu mövzuda qərarlığımızın ifadəsidir”, - Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan bildirib ki, ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putinə Suriyanın şimalında İŞİD terror təşkilatından azad edilən ərazilərdə uçuşa qadağan təhlükəsiz bölgənin yaradılmasını təklif edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm