“FETÖ”-nün foto albomu ələ keçirildi – FOTOLAR
Bizi izləyin

Dünya

“FETÖ”-nün foto albomu ələ keçirildi – FOTOLAR

Türkiyə polis qüvvələri İzmir şəhərinin 4 bölgəsində “FETÖ” şəbəkəsinin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.

Publika.az xarici mediaya istindən xəbər verir ki, əməliyyat zamanı onlarla şübhəli şəxs saxlanılıb.

Şübhəlilərin evlərində aparılan axtarış zamanı Fətullah Gülənlə çəkilmiş fotolar, pul sandığı, foto albom, kitablar və digər əşyalar tapılıb.

Eyni zamanda, məlum olub ki, həmin evlərin sakinləri Fətullah Gülən üçün qurbanlıq adı ilə pul toplayaraq bir hissəsini Pensilvaniyaya göndərirmişlər.

Hazırda sözügedən şəxslərin barəsində istintaq araşdırmaları davam etdirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm