Filippin prezidenti Obamadan üzr istədi - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Filippin prezidenti Obamadan üzr istədi - VİDEO (YENİLƏNİB)

ABŞ prezidenti Barak Obamanı təhqir edən Filippin prezidenti Rodrigo Duterte həmkarından üzr istəyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Filippin dövlət başçısı Obamaya qarşı işlətdiyi ifadəsinə görə təəssüfləndiyini bildirb.

CNN bəyanatın mətninə istinadən bildirir ki, tərəflər görüşü daha sonrakı müddətə keçirmək barədə razılaşıb:

“Biz bütün ziddiyyətləri mütləq düzəldəcəyik”, - bəyanatda deyilir.

***

"Mən müstəqil və suveren ölkənin dövlət başçısıyam. Mənə sayğı göstərməli, nəyi nə zaman, necə etməyimlə bağlı göstəriş və əmrlər verməməlisən. Suallar və bəyanatları səpələməyə dəyməz. Bizi insan haqlarını pozmaqda suçlamazdan əvvəl ölkəmizdə nələr baş verdiyini anlasınlar. Əxlaqsız qadının oğlu, səni sammitdə lənətləyəcəyəm!"

ABŞ prezidenti Barak Obamaya ünvanlanmış bu aşağılayıcı sözlərlə Filippin prezidenti Rodriqo Duterte çıxış edib.

Laosda keçiriləcək Şərqi Asiya Ölkələri sammiti əsnasında mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən Duterte isteriyaya qapılıb.

Rəsmi Vaşinqton bu biabırçı insidentlə bağlı mövqeyini açıqlayıb. Ağ ev bəyan edib ki, Laosdakı sammit əsnasında ABŞ və Filippin arasında yüksək səviyyədə görüşə "ehtiyac duyulmur". Yəni Barak Obama Rodriqo Duterte ilə görüşməkdən boyun qaçırıb.

Bu ilin avqustunda Filippin prezidenti R.Duterte ABŞ-ın ölkədəki səfiri Filip Qoldberqi "tula oğlu" və "homoseksualist" adlandırmış, onu Filippinin daxili işlərinə "burun soxmaq"da suçlamışdı.

Filippin prezidentini sinirləndirən məqam ölkədə narkoticarətə və mütəşəkkil narkobandalara qarşı aparılan mübarizənin əndazədən çıxaraq məhkəməsiz qətllərə çevrilməsi ilə bağlı Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın narazılığını bəyan etməsidir.
Dünən Barak Obama Filippin prezidentinin bəyanatını şərh edib.

"Onun parlaq bəyanatları ilə indiyədək də qarşılaşmışam. Komandama göstəriş verdim ki, öyrənsinlər, görək Filippin prezidenti ilə məhsuldar və konstruktiv dialoqumuz alına bilərmi. Təbii ki, Filippin xalqı dostumuz və müttəfiqimizdir. Amma problem Filippində narkoticarətlə mübarizənin necə aparılmasındadır", - Barak Obama deyib. (milli.az)

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm