Dəhşətli anlar: şəhərin mərkəzində faciə - VİDEO
Bizi izləyin

Dünya

Dəhşətli anlar: şəhərin mərkəzində faciə - VİDEO

Pitbul ən təhlükəli köpək cinslərindən biridir və onu şəhər küçələrində gəzintiyə çıxaranda həddən ziyadə ehtiyatlı, sərvaxt olmaq gərəkdir. ABŞ-ın Boston şəhərində də pitbul dəhşətli anların yaşanmasına səbəb olub.

Rafael Fortin sevgilisi ilə birlikdə Bostonda "Coldplay" qrupunun konsertinə yollanmışdı.

Qəflətən o, vəhşət dolu qışqırıq səsləri eşidib. Rafael qaçaraq səs gələn tərəfə gedəndə pitbul cinsindən olan köpəyin biql cinsindən olan iti parçalamağa çalışdığını görüb.

Biqlin sahibəsi olan qadın qışqırır, "Kömək edin! İtimi parçalayır!" - deyirdi.

Rafael və küçədə olan adamlar biqli zorla pitbulun dişlərindən qurtarıblar.

Biqlin sahibəsi qan içində idi. Pitbul onu da dişləmişdi. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm