• USD 1,7000 0,00% EUR 1,9150 +0,40%
    • GBP 2,1237 +1,05% RUB 0,0240 +0,42%

Toya hazırlaşan 18 yaşlı qızı gecə evə girən 4 nəfər... – FOTO

  • Dünya
  • 6 Sentyabr 2016 23:09
  • 5 194 Baxış
Toya hazırlaşan 18 yaşlı qızı gecə evə girən 4 nəfər... – FOTO

Çorumda evlilik hazırlığı edən 18 yaşındakı Leyla Bada, bir həftə əvvəl evə girən 4 adam tərəfindən zorla qaçırılıb. Badanın tapılması üçün geniş istiqamətli istintaq başladılıb.

Jandarma hadisə ilə əlaqədar 2 adamı nəzarətə götürüb. Ancaq gənc qızdan hələ də xəbər alına bilinməyib.

Çorumun mərkəzə bağlı İnalözü kəndində keçən 30 İyulda meydana gələn hadisədə, iddiaya görə, gecə evə girən 4 adam, 23 Avqustda evlənəcək olan Leyla Badanı zorla qaçırıb. Badanın anası 65 yaşındakı Nemət Bada və atası 68 yaşındakı Kamil Badanı döyərək gənc qızı zorla bir avtomobilə mindirən şübhəlilər hadisə yerindən uzaqlaşıblar.

Ailənin xəbəri üzərinə bölgəyə Jandarma qrupları sövq edilib. Bölgədə araşdırma edən qruplar kəndin bütün giriş və çıxışlarını nəzarət altına alıblar. Ancaq qaçırılan Leyla Bada və şübhəlilərdən bir xəbər yoxdur./strategiya.az/


Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR