“Onları “üzdəniraq” elan edin və...” – Sarkisyanın “qanuni oğru”lardan ŞOK İSTƏYİ
Bizi izləyin

Dünya

“Onları “üzdəniraq” elan edin və...” – Sarkisyanın “qanuni oğru”lardan ŞOK İSTƏYİ

Ermənistanda hakimiyyətlə “qanuni oğrular” arasında fikir ayrılığı yaranıb.

Publika.az xəbər verir ki, “Praym Kraym” saytı “qanuni oğru” olan 51 yaşlı Aleksandr Makaryan (Alo) və 37 yaşlı Norayr Piloyanı (Kanço) Ermənistandan Türkiyəyə deportasiya olunub.

Buna səbəb isə bu “qanuni oğruların” hakimiyyətin istəyini yerinə yetirməməsidir.

Saytın əldə etdiyi məlumata görə, Serj Sarkisyan hakimiyyəti uzun illər himayə etdiyi “qanuni oğrular”dan öz borclarını qaytarmağı tələb edib.

“Hakimiyyət onlardan bu yaxınlarda İrəvanda polis binasını tutaraq qiyam qaldırdıqlarına görə həbs olunan müxalifətçilər haqda ölüm hökmü çıxarmağı və onları “üzdəniraq” elan etməyi istəyib. 46 yaşlı “qanuni oğru” Qevork Melikyan (Oşakanskiy) həbs olunan qiyamçıların qaldıqları həbsxanaya nəzarət edən avtoritetə bu tələblə müraciət edib. Oşakanskiyin arxasında Gümrüdən olan iki “qanuni oğru” – 48 yaşlı Andranik Soqoyan (Zap) və 43 yaşlı Suren Avetisyan (Suro) dayanır. Lakin “qanuni oğru”lar Rəfael Xoesyan (Afo), Samvel Artünyan (Samo) , həmçinin onlara dəstək verən Alo və Kanço buna etiraz ediblər və bildiriblər ki, hökumətin istefasını tələb edənlər haqda bu cür hərəkət doğru deyil. Onlar kriminal qardaşlarını siyasətə girişdiklərinə görə qınayıblar da”.

Saytın məlumatına görə, Ermənistanın “oğru dünyası”nda parçalanmalar yaranıb. Serj Sarkisyan hakimiyyətinin müxalifətçiləri öldürmək əmrinin yerinə yetirilib-yetirilməməsi də onlar arasında nifaq salıb. Alo və Kançonun Türkiyəyə deportasiya edilməsinin arxasında da bu səbəb var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm