Tramp Obamaya “dərs verdi”: “Uşaqlar, qapını bağlayın...” - VİDEO
Bizi izləyin

Dünya

Tramp Obamaya “dərs verdi”: “Uşaqlar, qapını bağlayın...” - VİDEO

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkənin indiki lideri Barak Obamanın Çində G20 sammitində qəbuluna reaksiya verib.

Publika.az xəbər verir ki, bu haqda “The Telegraph” nəşri yazıb.

“Onlar Obamaya hətta təyyarədən çıxmaq üçün normal pilləkən vermədilər. Siz ümumiyyətlə gördünüz? Başqa liderlər təyyarələrdən çox gözəl xalçanın üzərinə düşdülər. Obama isə metal nərdivanla düşdü”, - Tramp danışıb.

Respublikaçı milyarder jurnalistlərə bildirdi ki, Obama hadisələrin bu çür inkişafı halında sammiti tərk edərdi: “Orada olsaydım mən deyərdim: “Uşaqlar, mən sizə hörmət edirəm, amma qapını bağlayın, biz uçuruq”. Bu hörmətsizlikdir!”

Qeyd edək ki, Çində təşkil edilən G20 sammitində iştirak etmək üçün bu ölkəyə gedən Obamanın təyyarəsinə yanaşan pilləkən təyyarənin ön qapısına deyil, arxa qapısına yerləşdirilib. Bundan başqa, təyyarənin qarşısına yerləşdirilməli olan qırmızı xalça olmayıb.

Çinin Xarici İşlər Nazirliyi bu hadisəyə mətbuatın yüksək diqqətini qeyri-peşəkar adlandırdı və “xırda hadisə”yə böyük əhəmiyyət verməməyə çağırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm