Türkiyə ordusundan SON ZƏRBƏ hazırlığı – Ərdoğan siqnal verdi
Bizi izləyin

Dünya

Türkiyə ordusundan SON ZƏRBƏ hazırlığı – Ərdoğan siqnal verdi

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İŞİD-in “paytaxt”ı Suriyanın Rakka şəhərinin azad edilməsi üçün birlikdə çalışmağı təklif edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Çində təşkil edilən G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib.

“Obama, xüsusilə Rakka mövzusunda birlikdə addımlar atmaq istəyir. Bizim tərəfdən çətinlik olmayacağını bildirdik. “Hərbçilərimiz bir araya gəlsinlər, nə lazımdırsa edərik” dedik. Türkiyənin Rakka məsələsində rolu ABŞ ilə müzakirə etdiyimiz mövzulardan biridir. Hansı addımlar ata biləcəyimiz danışıqların nəticəsində dəqiqləşəcək. Bu, ABŞ-ın mövqeyi ilə bağlıdır”, - Ərdoğan bildirib.

Prezidenti vurğulayıb ki, Türkiyə artıq bölgədə var olduğunu göstərmək niyyətindədir: “Əgər geri addım atsaq, oralarda İŞİD, PKK, PYD və YPG kimi terror təşkilatları yerləşər. İraqda da eyni risk var. PKK orada özünə meydan əldə etməyə çalışır”.

O, Almaniya mətbuatının “Ərdoğan Merkelə diz çökdürdü” kimi başlıqlarını da şərh edib: “Bu cür ifadələri yersiz hesab edirəm. Nə mənim diz çökdürməyə ehtiyacım var, nə də Merkelin diz çökməsinə. Öz kansleri haqqında bu cür ifadələrdən istifadə edənlər, əslində, öz səviyyəsizliklərini göstərirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm