Öpüş mükafatı alan aşpazlar və Putinin sirli yeməkləri – Kreml mətbəxində zəhər təhlükəsi
Bizi izləyin

Dünya

Öpüş mükafatı alan aşpazlar və Putinin sirli yeməkləri – Kreml mətbəxində zəhər təhlükəsi

Yəqin ki, 2015-ci il 24 noyabr tarixində Suriya sərhədində Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə Ankara və Moskva arasında başlanan “soyuq müharibə”dən 9 ay sonra Ərdoğanın Sankt-Peterburqa səfərini unutmamısınız.

Putin türk liderini “Konstantinov” sarayının “Yunan” zalında qəbul etmişdi və bununla rusların İstanbula iddiasını sətiraltı vurğulamışdı. Ərdoğan da güman ki, bu “vurğu”nu anladı, lakin 15 iyul çevriliş cəhdini yaşamaq bir ölkənin liderinin həmin vaxt hansısa “vurğulara” görə diplomatiyanı kənara qoyması ağılsızlıq olardı. Ərdoğan da belə etdi. Putin isə əlinə düşən fürsətdən istifadə edərək vurduğu “zərbə”nin arxasından jest etdi: nahar masasında üz-üzə əyləşən hər iki liderin önündə öz fotolarının olduğu boşqablar var idi. Bu, Putinin “zərbə”dən sonra türk liderin könlünü almaq gedişi idi. O, Ərdoğana “sən əziz qonaqsan” demək istəyirdi. Həm də bunun Kremlin mətbəx ənənələrinin gələcək müttəfiqə nümayişi deyə bilərik.

Publika.az məhz həmin görüşdən sonra bir daha gündəmə gələn Kremlin mətbəx sirlərini xarici mənbələrdən araşdırıb.

Kreml ənənələrinə görə, əziz qonaqlara farfor boşqabları hədiyyə etməyi sevirlər. Yemək masasında xidmət böyük servizlərdə edilir və həm də Rusiyanın “ağ qızılı” nümayiş olunur.

Rus farforunu yaratmaq cəhdi I Pyotrda uğursuz alındı. Pyotrun bunun üçün xaricdən dəvət etdiyi əcnəbi ustalar işin öhdəsindən gələ bilmədilər. Əvəzində rus ustalar işin öhdəsindən gəlməklə əcnəbilərə ehtiyac olmadığını göstərdilər.

1744-cü ildə imperatriça Yelizavetanın göstərişi ilə Neva çayının sahilində “perselinovaya manufakturası” yaradıldı. O zamanlar ağ farfora “perselinovaya” deyilirdi. Demək olar ki, iki yüz il ərzində bu manufaktura mövcud oldu, inkişaf etdi və imperator ailəsinin yemək masasına layiqincə xidmət etdi. Amma 1990-cı illərdə Rusiyanın birinci şəxsləri nədənsə “ağ qızılı” unutmuşdu.

Rus farforu Kremlin masalarına yalnız Sankt-Peterburqun 300 illik yubileyi ilə qayıtdı. İndi isə Kremlin zallarında xüsusi servizlər yaradılıb. Misal üçün, Rusiya gerbinin təsvir olunduğu, yaxud müqəddəs Andrey ordeninin həkk edildiyi ağ farfor qabları görmək olar.

O haqda əfsanələr dolaşır ki, Kremldə həmişə dadlı yeməklərə üstünlük verilib. Sovet vaxtında bir çox nazirliklər və idarələr özlərində köməkçi təsərrüfatlar saxlayırdılar. Belə təsərrüfat həm də Kremldə var idi. İndi Kremlin mətbəxində bir neçə şəxsi təsərrüfat mövcuddur. Prezident Administrasiyasının əməkdaşlarının qidalanması, protokol tədbirlərinin, qəbulların və digər təntənəli tədbirlərə xidmətin göstərilməsi kimi işlərə “Kreml qidalanma kombinatı” (FQBU) baxır. Yemək zallarında əsasən köhnə qaydalar saxlanılıb və burada 1000 nəfər eyni vaxtda qidalana bilər. Kremlin öz mətbəxi isə daha kiçikdir: 200-250 nəfərlik.

Kremlin mətbəxinə yaxından bələd olmaq üçün Vladimir Şevçenkonun “Prezidentlərin yanında Kremlin gündəlik həyatı” kitabı yaxşı vəsaitdir. V. Şevçenko faktiki olaraq müasir Kreml protokolunun atası hesab olunur. O, Mixail Qorbaçov, Boris Yeltsin və Vladimir Putinin məsləhətçisi olub.

Onun kitabında Kremlin mətbəxi və aşpazları haqda çox maraqlı təfərrüatlar var.

Kəşfiyyat bürosunu xatırladan mətbəx

Stalinin vaxtında Kremlin mətbəxi məxfi obyekt kimi qorunurdu. Sovet illərində burada aşpazlardan tutmuş xidmətçilərə, hətta təmizliyə baxanlara qədər bütün personal Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) əməkdaşlarından ibarət idi. Mətbəxdə işləmək üçün əsasən qüsursuz insanları seçilir və onun bütün tərcümeyi-halı dərdindən öyrənilirdi. Mətbəxdə işləyənlərin konkret sahəsi yox idi. Burada hər kəs hər işi bacarırdı, bir sözlə universal idi. Siyasi Büronun üzvlərini “obyekt” adlandırır və mətbəxdə kimin hansı nömrə ilə gəldiyini bilirdilər.

Brejnevin öpdüyü aşpazlar

Brejnev ova getməyi sevərdi. Baş katib ova gedərkən, onun üçün iki briqada hazırlanırdı. Bir briqada Brejnevin mühafizəçiləri, digəri isə yeməkləri bişirən. Ovdan öncə yerkökü və kartofla donuz sümüklərindən təzə şorba bişirirdilər. Ovdan sonra isə hər şey əla olurdu. Qənimətlər mətbəxə gətirilir və ləziz yeməklər hazırlanırdı. Brejnev adətən mətbəxə gələr və aşpazlara təşəkkür edərdi. Bəzən hətta onları öpərdi də.

Zəhərlənmək qorxusu


Kremldə rus mətbəxini yeni formatda baş aşpaz Konstantin Makridin tətbiq etdi. Məhz onun dövründə masalara çökədən, qazdan, maral ətindən, giləmeyvələrdən yeməklər əlavə olundu. Həmçinin, fəsəli də menyuya salındı.

Biz əvvəllər heç vaxt qəbullar üçün fəsəli hazırlamırdıq”, - Kremlin mətbəxində 30 il işləmiş qoca aşpaz Yuri Qubennikov “Komsomolskiy Pravda” qəzetinə danışır.


Lakin yeni aşpaz yeni yanaşma gətirdi və fəsəli hazırlamağa da başladı. Həmçinin, digər qeyri-adi təamları da. Məsələn, Yeni il qəbuluna az duzlu ispanaqlı blinçiklər verildi”.

Lakin Rusiyada çox sevilən göbələklər K. Makridinin dövründə Kremlin mətbəxindən uzaq düşmüşdü.

Bəzi məhsullar var ki, onlar təhlükəlidir. Misal üçün, ağ göbələklər. Onlarda zəhərli maddələr var və mən bunu menyuya qata bilmərəm”, - K. Makridi “interviewrussia.ru” portalına müsahibəsində bunu belə izah edir.

Onun sözlərinə görə, rəsmi qəbullar üçün nəzərdə tutulan bütün məhsullar yoxmaladan keçir. Banketdən iki gün əvvəl aşpaz balığı və əti sifariş edir, bir gün əvvəl isə tərəvəz və meyvələri. Hər qəbuldan əvvəl Federal Təhlükəsizlik Xidmətindən həkimlər gəlir və məhsulları analiz edirlər.

Xarici qonaqların menyusu protokol xidmətləri ilə müzakirə olunur. Buna səbəb milli xüsusiyyətləri nəzərə almaqdır. İşə texnoloqlar, həkimlər və aşpazlar qoşulur.

Stalinin şərabı, Brejnevin qayğanağı və araq xəstəsi olan Yeltsin

Bayram menyusu, misal üçün yeni il qəbulları insanı heyrətləndirir. 1963-cü ilin 31 dekabrında masalarda dən-dən kürü, ilanbalığı, limonlu qızılbalıq əti, təbii krablar, donuz balası, quş və ov quşları, kələm salatı, maral kababı, qəhvə, pirojnalar, meyvələr və daha nələr, nələr...

Sovet vaxtı əsasən spirtli içkilərə üstünlük verilirdi. İndi isə şəraba.

Kremlin rəhbərləri yeməkləri çox sevib. Stalin, Xruşov və Brejnev uzun sürən qonaqlıqları çox xoşlayırmış. Həmçinin, Qorbaçov da çox iştahalı olub. Yeltsin isə yemək məsələsində tələbkar deyildi və daha çox sadə yeməklərə üstünlük verirdi.

Stalin əsasən rus mətbəxini sevib. Hərçənd onun qonaqları üçün daha çox gürcü mətbəxi hazırlanırdı. O, ömrünün son illərində su ilə durulaşdırılmış konyak və kəmşirin şərab içirmiş.

Brejnev “kurnik”i çox sevib. Qat-qat xəmirin içinə toyuq, göbələk, göyərti, yumurta yığılır, hər qat doldurulur. Buna “kurnik” deyilir. Onun digər sevimli yeməyi qayğanaq olub.

Vladimir Şevçenko öz kitabında yazır ki, Boris Yeltsin ov quşunun ətini, həmçinin, qaban və maral ətini çox sevirmiş. Digər tərəfdən, dana kolbasasına üstünlük verirdi. Lakin xarici səfərlərdə qəbullar zamanı ekzotik yeməklədən imtina edirdi. İçki isə onun ən sevimli peşəsi idi. Yeltsin əsasən arağın və keyfiyyətli konyakın xəstəsi idi.

Putin niyə çarların yediyi yeməklərə üstünlük verir?

Rusiyanın indiki prezidenti Vladimir Putin isə gözəl və dadlı hazırlanmış yeməkləri sevir.

Kreml kombinatının keçmiş baş aşbazı Mixail Jukov deyir ki, Putin yeməkdə vasvası deyil: “Əgər ət və balıq arasında seçim varsa, balığı üstün tutacaq. Əsasən qoyun ətini sevir. Dondurma istisna olmaqla, ümumiyyətlə şirin şeylərə laqeyddir. Uzun müddətdir ki, yaşıl çaydan istifadə edir”.

2012-ci ildə Rusiya lideri öz mətbəxini Milli Televiziya Yayımının çəkiiş qrupunun üzünə açdı. Aydınlaşdı ki, Puti səhər məşqindən sonra balla sıyıq və kəsmin yeyir, bildirçin yumurtalarını çiy-çiy içir. Bundan başqa Putin çuğundur və qıtıqotundan hazırlanan kokteyli seçir.

2003-cü ildə Kalininqarada gedərkən qırmızı kürü ilə qutablar, hisdə qurudulmuş angvil və çiyələkli bilinçklər sifariş etdi. 2008-ci ildə Tatarıstan səfər zamanı salar, əriştəli toyuq şorbası, düyü ilə mal əti və piroq yedi. 2013-cü ildə kombaynçılarla birlikdə borşa nahar etdi.

Kreml mətbəxinin “kral aşpazı” adlandırılan Deniz Mitroxinin deyir ki, son zamanlar Putinin menyusunda müəyyən dəyişikliklər edilib.

“Biz dəbdə olan çərəzlərdən imtina etdik və qədim reseptlərə qayıtdıq. Misal üçün, çar dövründə dəbdə olan bal və fındıqla bişirilmiş piroqlar mövsümün hitinə çevrilib. Bu, sirli və maraqlıdır”, - deyə o bildirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm