Tarix müəllimi azyaşlı qızları zorlayıb – 57 saylı məktəbdə ŞOK
Bizi izləyin

Dünya

Tarix müəllimi azyaşlı qızları zorlayıb – 57 saylı məktəbdə ŞOK

Moskvada 57 saylı orta məktəbdə seks qalmaqalı baş verib.

Publika.az xəbər verir ki, orta məktəbdə müəllimin yeniyetmə qızlarla əylənməsi təsadüfən məlum olub.

Avqustun 29-də jurnalist Yekaterina Kronqauz “Facebook” səhifəsində məktəb ilinin başlaması haqda status paylaşıb. O, statusunda orta məktəblərdə seksual istismar məsələsindən bəhs edib.

“16 yaşımız olanda biz bilirdik ki, tarix müəllimi qızlarla eşq yaşayır. Kifayət qədər sevimli idi, ağıllı, mülayim və məlahəti ilə cəlb edirdi. Ona aşiq olmaq təəccüblü deyildi. Biz kiçik idi, amma böyüklər kimi düşünürdük. İllər keçdikcə biz böyüyürdük, amma həmin müəllimin sevgililəri kiçiklər olaraq qalırdı. Böyüyəndən sonra bizə baxmırdı. O, yalnız kiçik qızları sevirdi. Həmin müəllim daha işləmir”, - deyə rusiyalı jurnalist illər öncə baş verənləri xatırlayıb.

Jurnalistin statusuna yazılan şərhlərin birində sosial şəbəkə istifadəçilərindən biri Moskvadakı 57 saylı məktəbdə seksual istismarın baş verdiyini və tarix müəllimi Boris Meersonun azyaşlı qızlarla əyləndiyini yazıb.

Bundan sonra Rusiya mediası məsələni gündəmə gətirib.

Rusiya prezidenti yanında uşaq hüquqlarının qorunması üzrə səlahiyyətli nümayəndə Pavel Astaxov bu gün “Twitter” hesabında 57 saylı məktəbdə seks qalmaqalını şərh edib.


Onun sözlərinə görə, şagirdlərin zorlanması ilə bağlı yeni faktlar uşaqlara qarşı cinsi cinayətlərlə bağlı qanunda dəyişikliyə ehtiyac yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm