Prezidentdən ŞOK VƏD: “Onları diri-diri yeyəcəm”
Bizi izləyin

Dünya

Prezidentdən ŞOK VƏD: “Onları diri-diri yeyəcəm”

Filippin prezidenti Rodriqo Duterte növbəti sensasiyalı bəyanatla çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı “Abu Sayyaf” terror qruplaşmasının döyüşçülərini diri-diri yeməyə söz verib.

“Onlar bunun üçün əvəz ödəyəcəklər. Vaxt gələcək, onları hamının gözləri qarşısında diri-diri yeyəcəyəm”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, “Abu Sayyaf” qruplaşması İŞİD terror təşkilatı ilə sıx bağlıdır. Qruplaşmanın üzvləri Filippində yerli sakinləri və əcnəbiləri oğurlayır, sonradan onların qaytarılması üçün pul tələb edirlər.

2016-cı ildə terrorçular Kanadanın iki vətəndaşını edam edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm