• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Rusiya və Ukraynaya qarşı sanksiyaların müddəti uzadılır

  • Dünya
  • 7 Sentyabr 2016 17:30
  • 518 Baxış
Rusiya və Ukraynaya qarşı sanksiyaların müddəti uzadılır

Avropa Birliyi ölkələrinin daimi nümayəndələrinin Komitəsi Rusiya və Ukraynanın 146 fiziki və 37 hüquqi şəxsi barəsində sanksiyaların altı ay müddətinə uzadılması haqqında təklifi bəyənib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Brüsseldəki Avropa diplomatı bildirib.

Sözügedən fiziki və hüquqi şəxslər Ukraynanın şərqindəki böhrana görə məsuliyyətli hesab olunurlar. Məhdudlaşdırıcı ölçülər Avropa Birliyi Şurası tərəfindən təsdiq edilməli, bundan sonra isə Avropa Birliyinin rəsmi nəşrində dərc olunmalıdır. Agentliyin həmsöhbəti bildirib ki, Avropa Birliyi Şurası qərarı ən yaxın vaxtda qəbul etməlidir. O, konkret tarixin hələ müəyyən edilmədiyini bildirib.

O, həmçinin qeyd edib ki, sanksiyalar siyahısında heç bir dəyişiklik yoxdur. Yeni sanksiyalar 15 mart 2017-ci ilə qədər qüvvədə olacaq.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR