“Siz rusiyalılarla təkbətək qalacaqsınız!” - XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Siz rusiyalılarla təkbətək qalacaqsınız!” - XƏBƏRDARLIQ

“Almaniya rəhbərliyi və alman cəmiyyətində Rusiya təcavüzü ilə bağlı qorxu olur. Buna görə də rəsmi Berlin Ukraynanı daim Kremli təhrik etməməyə çağırır”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

“Bəziləri bu haqda açıq danışmağa cürət edirlər. Almaniyada bir çox insan İkinci dünya müharibəsinin dəhşətlərini xatırlayırlar. Onlar “bir daha Rusiya ilə müharibə olmamalıdır” deyirlər. Almanlar Kremlin Ukraynaya qarşı tammiqyaslı təcavüzü istisna etmirlər. İstisna etmirlər ki, Putin Qərbə yeni hərbi yürüşə başlaya bilər. Amma Moskvaya qarşı adekvat müdafiə olunmağa hazır deyillər”, - səfir bildirib.

Onun sözlərinə görə, ən yaxşı variant Rusiyaya qarşı sanksiyaların gücləndirilməsidir: “Bizə işarə edirlər ki, əgər Rusiya hücum edərsə, NATO kömək etməyəcək, siz rusiyalılarla təkbətək qalacaqsınız, ona görə də Kremli təhrik etməyin, vəziyyətin gərginləşməsinə imkan verməyin. Bu, bizim yaşadığımız kədərli reallıqdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm