Klinton kimi seçdi? - Tramp, yoxsa Putini?
Bizi izləyin

Dünya

Klinton kimi seçdi? - Tramp, yoxsa Putini?

“Demokratlar Partiyasından ABŞ prezidentliyinə nazmizəd Hillari Klinton Rusiya prezidenti Vladimir Putinlə şam yeməyini respublikaçı namizəd Donald Trampla şam yeməyindən üstün tutardı”.

Publika.az xəbər verir ki, bu haqda “Daily Mail qəzeti” nəşri yazıb.

Klintona bu sual Ohayo ştatının Klivlen şəhərinə gedərkən verilib. “Hill Force One” təyyarəsində Hillari Klinton, jurnalistlər və prezidentliyə namizədin seçki qərargahının üzvləri olub.

Ənənə mövcuddur ki, təyyarənin quyruq hissəsində oturan jurnalistlər ön hissədə oturan prezidentliyə namizədə sualları portağalın üzərinə yazaraq onu ön hissəyə diyirlətməyə çalışırlar. Jurnalistlərdən birinin göndərdiyi portağalı Klintonun mətbuat katibi tutub.

Portağalda bu sual yazılmışdı: “Siz kiminlə şam etməyi üstün tutursunuz?” İki cavab variantı var idi: Tramp və Putin. Klintonun mətbuat katibi Nik Merrill dəqiqləşdirib ki, Klinton cavabı öz əli ilə dairələməyib, amma bildirib ki, xarici liderlə bir dəfə şam edərdi. Qəzetin yazdığına görə, Merrillin özü cavabı dairələyib və portağalı jurnalistlərə geri göndərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm