Ermənistanın baş naziri istefa verdi
Bizi izləyin

Dünya

Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri Ovik Abramyan istefa ərizəsini təqdim edib.

Publika.az “news.am”-a istinadən xəbər verir ki, Q. Abramyan istefasını hökumətin bugünkü iclasında açıqlayıb.

Q. Abramyan bildirib ki, Ermənistanda daxili və xarici proseslərdən qaynaqlanan bir sıra problemlər var: “Buna baxmayaraq, dövlət təhlükələrə qarşı duraraq, problemləri həll edir. Lakin keçid dövrü olduğu üçün iqtisadiyyatdakı problemlər hələ də qalır. İnanıram ki, yeni hökumət bu problemləri həll edəcək”.

Q. Abramyan 2014-cü ilin 13 aprel tarixindən bu postda idi. Onun istefasından sonra yeni baş nazirin İrəvanın keçmiş meri Karen Karapetyanın olacağı deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm