Dünya
On müharibədən biri başladı – TÜRKİYƏYƏ QARŞI
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı olan YPG Türkiyənin sərhəd polis bölməsinə atəş açıb.
Publika.az xəbər verir ki, bu haqda Türkiyə hərbi səlahiyyətlisinə istinadən “Reuters” agentliyi bildirib.
Agentliyin yazdığına görə, türk əsgərləri atəşə cavab veriblər.
Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatı isə Afrinin Türkiyə tərəfindən top atəşi ilə vurulduğunu və altı YPG-linin öldüyünü açıqlayıb. 2012-ci hökumət gücləri Afrindən çəkiləndən sonra bu ərazi YPG-nin nəzarətinə keçib.
Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” nəşri Yaxın Şərqdə 10 yeni müharibənin başlaya biləcəyini iddia edib. Qəzetin müharibə ssenarilərinin 3-də Türkiyə var. Bunlar ABŞ-ın dəstəklədiyi YPG ilə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu, Türkiyə və suriyalı kürdlər, Türkiyə ilə Suriya arasında baş verə bilər.
Amerika nəşrinin iddiasına görə, Yaxın Şərqdə başlana biləcək digər müharibələr aşağıdakı tərəflər arasında baş verə bilər:
1. Suriyalı kürdlərlə Suriya
2. ABŞ-la Suriya
3. İraqlı kürdlərlə İraq hökuməti
4. İraqlı kürdlərlə şiə qüvvələri
5. Kürdlərlə digər kürd qüvvələri
6. Sünni ərəblərlə şiələr və ya kürdlər
7. İŞİD-lə digər bütün qüvvələr
Ömər Dağlı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır