Putinə son ŞANS: Təkliflər qəbul olunmasa...
Bizi izləyin

Dünya

Putinə son ŞANS: Təkliflər qəbul olunmasa...

Vaşinqton Suriya münaqişəsinin nizama salınması üzrə Moskvaya son təklifini göndərib.

Publika.az xəbər verir ki, bu haqda prezident Barak Obamanın administrasiyasındakı mənbələrə istinadən “Washington Post” qəzeti bildirib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ-ın müraciəti Rusiyaya ultimatum xarakteri daşımasa da, amerikalılar bildiriblər ki, onların səbri sona yaxınlaşır. “Washington Post”un məlumatına görə, Amerika planı özündə bir neçə maddəni birləşdirir: Suriyada tam barışıq elan olunur, Suriyanın hərbi aviasiyası bütün uçuşları dayandırır, terrorizmə qarşı Rusiya və ABŞ birgə hava əməliyyatlarına başlayır.

Qəzet qeyd edir ki, Ağ Evdəki mənbələr təkliflərin qəbul olunmayacağı halda hansı addımların atılacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, Suriyadakı vəziyyət Çində keçirilən (4-5 sentyabr) G20 sammitində Rusiya və ABŞ prezidentləri arasında danışıqların əsas mövzusu oldu. Prezidentlər Vladimir Putin və Barak Obama xarici siyasət idarələrinin başçılarına Suriya üzrə danışıqları davam etdirməyi tapşırıblar.

Dünən isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla amerikalı həmkarı Con Kerri arasında telefon söhbəti olub. Rusiyada Xarici İşlər Nazirliyindən verilən məlumata görə, diplomatlar 8-9 sentyabrda Cenevrədə görüşmək barədə razılaşıblar. Dövlət Departamentyi ilə yeni danışıqların olacağını hələ təsdiq etməyib.

“ABŞ-ın rəsmi şəxsləri bildirdilər ki, əgər Rusiya öz mövqeyini dəyişdirməsə, Vaşinqton müzakirələrin mənasını görmür”, - Dövlət Departamentinin mövqeyini şərh edən “Washington Post” yazıb.

Daha əvvəl, 5 sentyabrda Almaniyanın “Deutsche Welle” (DW) nəşri ABŞ Dövlət Departamentinə istinadən bildirib ki, Rusiya Suriya münaqişənin nizamlanması haqqında ilkin razılıqlardan imtina edib.

ABŞ Dövlət Departamentindən bildiriblər ki, saziş uyğunlaşdırmaya yaxın idi, amma Rusiya daha əvvəllər əldə olunan razılaşmalardan imtina edib.

“Rusiyalılar o məsələlərdə özlərinin əvvəlki mövqelərinə qayıtdılar ki, biz onların razılaşdırıldığını hesab edirdik. Buna görə də biz konsultasiyalar üçün öz ölkələrimizə yola düşürük”, - Dövlət Departamentinin nümayəndəsi deyib.

ABŞ prezidenti G20 sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, əgər Rusiya Suriya üzrə güzəştə getməsə, irəliləyişə nail olmaq çox çətin olacaq.

“Suriyada tərəflər barəsində bizimlə Rusiya arasında ciddi fikir ayrılıqları var. Zorakılığın azaldılması və humanitar yardımın təminatı məsələlərində Rusiya tərəfindən güzəştlər olmalıdır”, - Obama bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm