Nazarbayev yoxa çıxdı, ölkəni oxşarı idarə edir – ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Nazarbayev yoxa çıxdı, ölkəni oxşarı idarə edir – ŞOK FAKTLAR

Adi günlərin birində “Assandi Tayms” qəzetinin redaksiyasına oxucu məktubu daxil olur. Adətən oxucular ya hansısa şikayətlərini dilə gətirir, ya hansısa yazara təşəkkür edir, ya da iradlarını bildirirlər. Amma naməlum oxucunun göndərdiyi məktub təəccüblü, maraqlı və bir o qədər də qorxulu idi.

Respublika günündə xalqın qarşısına Nazarbayev özü çıxacaq, yoxsa onun oxşarı?”, - oxucu jurnalistlərdən soruşur.

Necə yəni, qazaxların sevdiyi, alqışladığı Nazarbayevin “kopyalarımı” var? Dünya siyasi idarəçilik təcrübəsi baxımından bu sual yersizdir. Çünki adətən prezidentlərin oxşarlarının olduğu haqda çoxlu informasiyalar, dedi-qodular, şayiələr var. Bəziləri hətta həqiqətə daha yaxındır. Misal üçün, amerikalıların asdığı Sədam Hüseynin bir yox, bir neçə oxşarının olduğu deyilir. Hətta iddialar var ki, dar ağacında ipin keçirildiyi boğaz əsil Səddamın boğazı deyilmiş. Bu iddialar ipdən sallanan Səddamın dişlərinin fərqli olması ilə müdafiə olunur. Yaxud Boris Yeltsinin və onun xələfi Vladimir Putinin də oxşarlarının olduğu haqda şayiələr və bunu sübut etmək üçün önə sürülən dəlillər var.
Deyilənlərə görə, 1996-cı ildə ürək əməliyyatı zamanı ölən Yeltsin əsil Boris deyilmiş. Putinin isə ən azından dörd oxşarı Rusiyanı idarə edir.

Oxşarlarla bağlı iddialar uzaq keçmişə də söykənir. Hələ indinin özündə də Yelena adasında ölən şəxsin Napoleonun özü, yoxsa oxşarı olduğu mübahisə mövzusudur. Yaxud Hitlerin ölmədiyi, II Dünya müharibəsindən sonra uzun illər yaşadığını deyənlər də var.

Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin oxşarının olması haqda informasiya təəcüblü idi. Bu, həm də ona görə təəccüblü idi ki, Qazaxıstan kimi dünya hegemonluğuna can atmayan ölkələrin prezidentlərinin həyatına olan təhlükənin miqyası daha az olduğu üçün buna adətən ehtiyac olmur.

Qazaxıstanlı oxucu isə israrla öz iddiasının üzərində dayanır:

Hörmətli jurnalistlər! Bu yaxınlarda Qazaxıstanda paytaxt günü bayramıdır. Nə xoş təsadüf ki, bizim sevimli prezidentimiz Nursultan Nazarbayevin doğum günü də həmin gündür. Ancaq camaat o haqda danışır ki, prezidenti qazaxıstanlılara göstərmirlər, əvəzində oxşarı “işləyir”. Siz öz doğum günündə xalqın qarşısına prezidentin əslinin, yoxsa oxşarının çıxacağı haqda bir məlumat bilirsiniz?”.

Jurnalistlər çox düşündülər və qərara aldılar ki, bu məsələ ilə bağlı səlahiyyətli orqanlara qeyri-rəsmi müraciət etsinlər.

Bunu eşidən səlahiyyətli nümayəndələr gülərək, “Sizdə maraqlı suallar və oxucular var” dedilər: “Sizə belə mövzuları ictimaiyyətə açıqlamanızı məsləhət görmürəm. Düşünün, əgər Stalin yaşayarkən kimsə iddia etməyə cürət etsəydi ki, onun yerinə oxşarı ölkəni idarə edir, həmin qoçağın taleyinin necə olacağı məlum idi”.

Lakin jurnalistlər düşünürlər ki, indi Stalinin vaxtı deyil və oxşarlarla bağlı mövzular dünyada qadağan olunmayıb. Beləliklə, onlar oxucunun verdiyi sual üzərindən araşdırmaya başlayırlar.

Publika.az qazaxıstanlı jurnalistlərin ortaya çıxardığı detalları təqdim edir.

Araşdırma nəticəsində məlum olur ki, Nazarbayevin oxşarlarının olduğu haqda şayiələr 2010-cu ildə də ortaya atılıb, lakin o qədər də ictimai diqqət cəlb etməyib. Həmin iddiada qazax prezidentin qulaqlarına diqqət yetirmək tövsiyə olunur. İddiaçılar belə hesab edirlər ki, Nazarbayev kiçik insult keçirib və onun əvəzində danışan oxşar kifayət qədər sağlam görünür.

2011-ci ildə Nazarbayevin kürəkəni Rahat Əliyev qayınatasının xəstələndiyi haqda danışarkən də oxşarlar məsələsi gündəmə gəldi. İddia edilirdi ki, seçkilər zamanı jurnalistlərin önündə səs verən onun oxşarı olub, prezidentin özü isə həmin vaxt adadakı villasında dincəlirmiş.

Ümumiyyətlə, hesab olunur ki, oxşar uzun çıxışlar tələb etməyən tədbirlərdə, həmçinin, regionlara edilən səfərlərdə iştirak edir. Sadəcə əl eləyir, baxır və gedir. Novruz bayramı zamanı Almatıya gələn prezidentin nəsə qəribə olduğu, əl hərəkətlərinin fərqli olduğu haqda söhbətlər də başlanmışdı.

Həmin naməum oxucu jurnalistlərə bir tövsiyə də edir. Deyir ki, fərqi anlamaq üçün Nazarbayevin fotolarını müqayisə edin. Jurnalistlər onun dediyini edirlər.

Ortada ciddi fərq görünmür, amma nəyinsə olduğu dəqiqdir. Xüsusilə oxşarla real prezidenti müqayisə edərkən oxşarın hələ 1990-cı illərin sonlarından Qazaxıstanda olduğu aydın olur. Digər tərəfdən, Nazarbayev yaşlanandan sonra saçlarını fərqli yönə darayır. Bunun nəylə bağlı olduğu bilinmir, amma diqqəti cəlb edir.

Bütün ekspertlər də fərqi tapmaq üçün qulaqlara diqqət yetirməyi tövsiyə edir. Çünki hər insanın qulaq forması özünəməxsusdur.

Oxşarların müasir siyasətdə nəyə lazım olduğuna gəlincə; Rusiya xüsusi xidmət orqanının adını açıqlamayan əməkdaşı deyir ki, bu, təkcə təhlükəsizlik məsələsinə görə deyil.

Onun sözlərinə görə, müasir siyasətdə oxşarların faydaları böyükdür. O, tez-tez xalq arasına çıxır, işə gedir və media prezidentin işdə olduğunu görür. Digər tərəfdən, lider öz oxşarı vasitəsilə ona olan münasibəti açıq şəkildə müşahidə edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm