İslam Kərimovun vəsiyyəti kənara atıldı və... “Sakit konstitusiya çevrilişi” - VİDEOLAR
Bizi izləyin

Dünya

İslam Kərimovun vəsiyyəti kənara atıldı və... “Sakit konstitusiya çevrilişi” - VİDEOLAR

Sentyabrın 8-də Özbəkistanda baş verənlər tarixdə “sakit konstitusiya çevrilişi” olaraq qalacaq.

Publika.az xəbər verir ki, əksər ekspertlər İslam Kərimovun ölümündən sonra Konstitusiyanın əleyhinə olaraq, prezidentin səlahiyyətlərinin Senatın sədrinə yox, baş nazir, Özbəkistanın ən güclü qrupu olan Səmərqənd klanın liderir Şövkət Mirziyoyevə keçməsini belə şərh edir.

“Fərqanə” agentliyi iddia edir ki, İslam Kərimovun ölümü bir həftə ərzində gizlədilib: “Prezidentin cəsədi soyuducuda idi. Məqsəd müstəqillik günündə insanları kədərləndirməmək və bayramı yaxşı təşkil etmək idi. Gizli məqsəd isə hakimiyyətin bölüşdürülməsində razılığın əldə olunması idi”.

Görünür belə razılıq əldə olundu. Kərimovun vəfat etdiyi açıqlandı və konstitusiyanın əksinə olaraq Ş.Mirziyoyev onun səlahiyyətlərini icra etməyə başladı. Halbuki, Özbəkistan Konstitusiyasının 96-cı maddəsində deyilir ki, prezident vəfat etdikdə, yaxud müxtəlif səbəblərdən vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətləri avtomatik olaraq, Senatın sədrinə keçir.

Hər kəs Kərimovdan sonra Senatın sədri Niqmatulla Yuldaşevin prezident postunda əyləşəcəyi və 3 ay ərzində növbəti seçkilər keçirəcəyini düşünürdü. Lakin sentyabrın 8-də Özbəkistan parlamentinin aşağı və yuxarı palatalarının birgə iclasında N. Yuldaşevin şəxsən özü postdan imtina edərək, onu Şövkət Mirziyoyevə təklif etdi. O, bu təklifini baş nazirin dövlət idarəçiliyində təcrübəsinin daha çox olması, əhalinin əsas hissəsi tərəfindən dəstəklənməsi ilə əsaslandırdı.

Təklif səsverməyə qoyularaq Senat tərəfindən qəbul edildi. Deputatlar ölkədə sabitliyin saxlanılması, ictimai təhlükəsizliyin qorunması, iqtisadi inkişafın davam etməsi üçün bu addımın doğru olduğunu elan etdilər. Hansı ki, bu, birbaşa konstitusiyaya ziddir.

“Azadlıq radiosu”nun Özbəkistan xidmətinin məlumatına görə, Şövkət Mirziyoyev təkcə konstitusiyanın 96-cı maddəsini pozmadı, o, həm də 2010-cu ilin 12 noyabrında İslam Kərimovun Senatın Ali Məclisinin iclasında çıxışı zamanı irəli sürdüyü tələbi də pozdu.

İ. Kərimov həmin çıxışında bildirir ki, hər-hansı fors-major situasiyalarda ölkədə idarəçilik konstitusiya ilə parlamentə keçməli, səlahiyyətləri Senatın rəhbəri ələ almalıdır.

Onun sözlərinə görə, bu belə olmasa Özbəkistandakı hər tayfa öz adamının prezident olmasını istəyə bilər. Parlament isə bütün Özbəkistan xalqına məxsusdur.

“Fərqanə” agentliyi isə N.Yuldaşevin geri çəkilməsində başqa məqamların olduğunu yazıb.

“Bu, onun öz qərarı deyildi. Görünür, ondan bunu xahiş ediblər. Kim? Güman ki, Milli Təhlükəsizlik Xidmətindən Mirziyoyevin dostları. Halbuki, Mirziyoyev hələ prezident olmayıb, amma artıq qanunları pozmağa başlayıb. O, ölkədə hakimiyyətin mənbəyinin xalq olduğu yazılan konstitusiyaya tüpürdü”, - deyə agentlik bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm