“İki ölkə parçalanacaq” – CİA-nın şefindən PROQNOZ
Bizi izləyin

Dünya

“İki ölkə parçalanacaq” – CİA-nın şefindən PROQNOZ

Suriya və İraqdakı dövlət quruluşu yenidən bərpa oluna bilməyəcək şəkildə zərər görüb.

Publika.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan “West Point” hərbi akademiyası tərəfindən çıxarılan “CTC Sentinel” nəşrinə müsahibəsində deyib.

“İraq və Suriyanın ərazi bütövlüyünün yenidən təmin olunacağına şübhə edirəm. İki ölkənin bundan sonra mərkəzi hökumət tərəfindən idarə oluna biləcəyini təxmin etmirəm. Suriya və İraq yenidən bir araya gələ bilməyəcək”, - CİA-nın şefi bildirib.

Con Brennan Suriya və İraqda kürd bölgələri kimi bir çox muxtar bölgənin yaranacağını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm