Sarkisyanın istəyinə “Qarabağ klanı”nın cavabı nə oldu?
Bizi izləyin

Dünya

Sarkisyanın istəyinə “Qarabağ klanı”nın cavabı nə oldu?

Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci il aprelin 2-də keçiriləcək parlament seçkilərinə qədər öz komandasını yeniləmək qərarını verib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Sarkisyan yenidən “Qarabağ klanı”na söykənir.

“Ötən ay Sarkisyan Bako Sakyan (qondarma “DQR”-in “prezidenti”), Arkadi Qukasyan (“komandos” ləqəbli keçmiş general) və Zori Balayan (erməni vandalizminin ideoloqu) ilə hakimiyyətini saxlamağın müxtəlif variantlarını müzakirə edib. Bildirib ki, təmizləmələr zamanı ona dəstək lazımdır. Məhz bu görüşdən sonra Sarkisyan hökumətdə dəyişikliklərə strat verdi.

İndi “Qarabağ klanı”nın nümayəndələri İrəvanda belə fikirlər yaymağa başladılar ki, guya Sarkisyanın alternativi yoxdur. Ona görə də 2017-ci ildə hər kəs onun ətrafında birləşməlidir”, - deyə qəzet yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm