Krallıq uğrunda ABŞ-Rusiya-Səudiyyə savaşı: Kim qalib gələcək?
Bizi izləyin

Dünya

Krallıq uğrunda ABŞ-Rusiya-Səudiyyə savaşı: Kim qalib gələcək?

Bəhreyn kralı Hamad ben İsa əl-Xəlifə Çində təşkil edilən G20 (“Böyük iyirmilik”) sammitindən qayıdan Rusiya prezidenti Vladimir Putinin ilk qonağı oldu.

Publika.az xəbər verir ki, “EADaily”nin Yaxın Şərq redaksiyası “Kralın səfəri: Bəhreyn Rusiya üçün Fars körfəzinə darvazaları açacaq?” başlıqlı yazıda Bəhreyn kralının səfərini şərh edib.

Bu, cari il ərzində Bəhreyn kralının Rusiyaya ikinci səfəri idi. O, fevralın 8-də Soçidə Vladimir Putinlə görüşmüşdü. Soçi səfəri qeyri-formal rejimdə idi. Onun Moskvaya son səfəri işçi formatda idi və ilkin razılaşmalar konkret razılaşmalarda əksini tapdı. Razılaşmalara baxsaq, Rusiya-Bəhreyn münasibətlərində iki perspektivli istiqamətin - hərbi-texniki əməkdaşlıq və investisiya əməkdaşlığının seçildiyi görünür.

Sentyabrın 6-da imzalanmış hərbi əməkdaşlıq haqqında hökumətlərarası razılaşma hərbi-texniki əməkdaşlıq sahəsində iki ölkənin yaxınlaşması üçün bünövrə qoyur. Kral həmçinin Rusiyada “Ordu-2016” (“Armiya-2016”) Beynəlxalq Hərbi-Texniki Forumunun yüksək qonağı olub. Daha əvvəl Bəhreynin Rusiyadakı səfiri bildirib ki, ölkəsi hava hücumundan müdafiə sistemlərini yeniləmək istəyir və kral S-300 və S-400 zenit-raket sistemləri ilə tanış olacaq.

Yaxın Şərq ölkələri hərbi təyinatlı Rusiya məhsullarına yüksək maraq göstərir. “Rusiyada hazırlanmışdır” nişanı olan zərbə və müdafiə sistemləri Suriyada Rusiyanın həyata keçirdiyi əməliyyatlarda özünü ən yaxşı tərəfdən göstərdi. Yaxın Şərq ölkələrinin iqliminə maksimum yaxın olan şərtlərdə sınaqdan keçirilməsi, həmçinin hərbi texnika və silahların başqa xüsusiyyətləri bölgə ölkələrinin Rusiyanın hərbi təyinatlı məhsullarına marağını artırır.

İki ölkənin hərbi-texniki əməkdaşlığı Rusiyanın Suriyada hərbi əməliyyata başlamasından əvvəl yaranıb. 2014-cü ildə “Kornet-EM” tank əleyhinə raket komplekslərinin Bəhreynə çatdırılması barədə razılaşma imzalanıb. Vurğulanırdı ki, Krallığın silahlı qüvvələri Yaxın Şərq regionunda bu sistemlərin ilk sifarişçisi olub.

Maliyyə xidmətlərindən başqa, (Krallığın ümumi daxili məhsulunun 17 faizini təşkil edir), qaydaya salınmış infrastruktur şəbəkəsinin mövcudluğu regionun istehsal mərkəzi kimi inkişafına təkan verir. Körfəzin başqa ölkələri ilə müqayisədə əməliyyatların aşağı dəyəri, yaxın ölkələrlə azad ticarət haqqında müqavilələrin mövcudluğu ölkənin inkişafında önəmli rol oynayır. Ölkədə biznesin idarə edilməsinə minimal məhdudiyyətlər mövcuddur. Bütün bunlar Bəhreyn biznesinin nümayəndələrinə imkan verir ki, ölkələrini Rusiyaya “Fars körfəzi regionuna giriş üçün qapı” kimi məsləhət görsünlər.

Qeyd edək ki, Yaxın Şərq regionunda Rusiya üçün başqa rahat nöqtələr də var. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı. Amma Bəhreynlə bağlı müəyyən problemlər də var. Ölkə üzərində Səudiyyə Ərəbistanın böyük təsiri var. 2011-ci il mart ayında Səudiyyənin qoşunları əhalinin əksəriyyətini şiələr təşkil edən Bəhreynə girib. Səudiyyənin Bəhreynə təsiri, xüsusilə anti-İran layihələrində özünü göstərir. Bundan başqa, ölkədə ABŞ-ın hərbi bazaları yerləşir və bu, İranın əleyhinə işləyən amildir. Ada monarxiyası ərazisinə görə, Rusiya paytaxtından da kiçikdir, amma orada ABŞ-ın bir neçə böyük hərbi bazası yerləşir. Paytaxt Manamada ABŞ Hərbi-Dəniz Qüvvələrinin 5-ci operativ donanması yerləşir. Amerikanın “Şeyx İsa” təyyarə bazası İran sahillərinin 240 kilometrliyində yerləşir. Buradan İraq və Suriyaya döyüş aviasiyasının uçuşları həyata keçirilir. İki uçuş-enmə zolağı olan aerodromda S-17 hərbi-nəqliyyat təyyarələri, F-16 qırıcıları və P-3 Orion sahil patrul təyyarələri var. Bəhreyndə həmçinin ABŞ ordusunun böyük təchizat bazası yerləşir.

Ərəblərin İranla bağlı sayıqlığı və açıq düşmənçiliyə keçən münasibətləri bundan sonra Rusiyanı Yaxın Şərq siyasətinə düzəlişləri gətirməyə məcbur edəcək. Rusiyanın Suriyada hərbi mövcudluğu ərəb monarxiyalarının qorxuları qalır. Burada Moskva və Tehran arasında hərbi ittifaqın formalaşması üçün ilkin şərtlər yaranıb. Rusiyanın İranla nüvə energetikası ilə bağlı əməkdaşlığı barədə də müəyyən narazılıq var. Həmçinin, ərəblərin geosiyasi rəqibinin beynəlxalq sanksiyaların altından çıxarılmasında Moskvanın rolu hamıdan çoxdur.

Eyni zamanda, bütün ərəb ölkələrinin paytaxtlarının Moskvaya diqqətinin artdığını görməmək olmaz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm