• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Kərimov və Nazarbayevdən sonra Emomali Rəhmon – YENİ MÜHARİBƏ OCAĞI

  • Dünya
  • 9 Sentyabr 2016 18:30
  • 995 Baxış
Kərimov və Nazarbayevdən sonra Emomali Rəhmon – YENİ MÜHARİBƏ OCAĞI

Bu günlərdə İŞİD-in hərbi qanadının komandiri təyin olunan Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin keçmiş komandiri (OMON), polkovnik Gülmurad Xalilov öz ölkəsini hücum etməklə hədələyib.

Publika.az xəbər verir ki, G. Xalimov Tacikistanın mütəqillik günündə - sentyabrın 9-da öz ölkəsinə “xüsusi təbirik”inin olduğunu bəyan edib.

Məlumata görə, sentyabrın 6-da Tacikistanın polis zabitləri və hərbiçiləri Xalimovdan təhdid xarakterli “sms”-lər almağa başlayıb. Mesajların mətnləri açıqlanmır, amma ehtimal olunur ki, Gülmurad Xalimov müstəqilik günündə ölkəsində “böyük hücum” təşkil etməyi planlaşdırır.
Tacikistanın güc strukturları da bu haqda informasiyaları təsdiqləyir və belə hallara qarşı önləyici tədbirlər görüldüyünü vurğulayır.

G. Xalimov peşəkar hərbiçidir. O, Rusiya və ABŞ-da xüsusi təyinatlı qoşunlarda hərbi hazırlıq keçib. Tacikistan prezidentinin qvardiyasında xidmət edib. Ölkənin şərqində müxalifət güclərinə qarşı hərbi əməliyyatlarda iştirak edib. Ötən ilin aprel ayında G.Xalimov qəfil yoxa çıxdı. Tezliklə onun İŞİD-ə qoşulduğu məlum oldu.

Tacikistan prokurorluğu Xalimova qarşı “dövlətə xəyanət”, “cinayətkar təşkilatlara üzv olmaq” və “başqa dövlətlərin ərazisində silahlı konfliktlərdə qanunsuz iştirak etmək” maddələri ilə cinayət işi qaldırıb. Bu maddələrdən hər biri cinayətkarın 20 il azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

ABŞ hökuməti G.Xalimovu terrorçu elan edib, hətta onun başına 3 milyon mükafat da qoyub. Lakin indiyə qədər heç kim onu ələ keçirə bilməyib.

Məlumatlara görə, əl-Taciki ləqəbini daşıyan G.Xalimov İŞİD-in məşhur komandirlərindən olan Ömər əl-Şişaninin yerini tutub.

G. Xalimovun Tacikistanı hədələməsində maraqlı məqamlardan biri də Əbdülxəlil Nazarov qiyamının ildönümü ilə üst-üstə düşməsidir. Qeyd edək ki, ötən ilin sentyabrında müdafiə nazirinin müavini Ə. Nazarov hərbi çevrilişə cəhd etdi. Lakin silahlı qrupların qarşısı alındı, Nazarovun özü isə öldürüldü. İndi həmin qiyamın ildönümü ərəfəsində Xalimovun təhdidi diqqət çəkir.

Mərkəzi Asiya üzrə ekspert Aleksandr Şust bildirib ki, Tacikistanda çaxnaşmaların olması ehtimalı yüksəkdir: “Hər şeydən əvvəl ölkədə əhalinin sosial rifahının aşağı olmasına görə etirazlar ola bilər. Artıq Rusiyadan ölkəyə köçürülən pullar kifayət qədər azalıb”.

Ekspert hesab edir ki, cəmiyyətin narazı təbəqəsi G.Xalimovu dəstəkləyə bilər.

Ötən il “The New York Times” qəzetində yayımlanan məqalədə İŞİD-in Tacikistana, oradan da bütün Mərkəzi Asiyaya hücum edə biləcəyi deyilirdi.

“İŞİD-in minlərlə döyüşçüsü Əfqanıstanın şimalında böyük əraziləri tutub. Qruplaşmanın buradakı məqsədi strateji əfqan şəhərlərini tutmaq və Mərkəzi Asiyaya keçməkdir”, - deyə məqalədə bildirilirdi.

Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra Qazaxıstanda prezident Nursultan Nazarbayev hakimiyyət strukturlarında dəyişikliklərə başladı. Deyilənlərə görə, o, bütün bu addımları mümkün təhlükələrə qarşı atır. G.Xalimovun təhdidi isə Tacikistanda vəziyyətin daha kritik olduğunu göstərir.

Baş verən bütün bu proseslər isə Mərkəzi Asiyada baş verəcəyi və vaxtilə Tacikistandakı kimi, bütün bölgədə vətəndaş müharibəsinin olacağı ehtimallarını artırır.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR