Baş katib bombalanan əraziləri gəzdi – FOTOLAR
Bizi izləyin

Dünya

Baş katib bombalanan əraziləri gəzdi – FOTOLAR

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə səfərə gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı NATO baş katibi Ankarada bir sıra görüşlər keçirib.

Yens Stoltenberq 15 iyul günü “FETÖ” üzvləri tərəfindən bombalanan Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasına da baş çəkib.

Binada gördüklərinə inanmadığını vurğulayan Yens Stoltenberq deyib ki, 15 iyul hadisələri təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda NATO ölkələrinə qarşı atılmış addımdır.

Yens Stoltenberq TBMM-nin sədr müavini Akif Hamzaçebi ilə də görüşüb.

Görüşdən sonra Yens Stoltenberq TBMM-nin bombalanmış ərazilərini gəzib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm