Hindistanın sel zamanı 216 nəfər öldü
Bizi izləyin

Dünya

Hindistanın sel zamanı 216 nəfər öldü

Hindistanın şərqindəki Bihar ştatında daşqınlar nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şənbə günü Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarə məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı təxminən 1,5 milyon yerli sakin əmlakını və evini itirib. Çaylarda suyun səviyyəsi azalmağa başlayıb. Vəziyyət nisbətən sabitləşsə də, su basmasından dəyən zərərin artması və yeni qurbanlar barədə məlumatlar daxil olmaqdadır.

Daşqınlar zamanı Biharın 12 dairəsinin 2210 kəndi zərər çəkib. Ümumilikdə, son üç həftə ərzində 4,1 mln. nəfərdən çox insan zərər çəkib. Sel 8,5 mln. ha kənd təsərrüfatı sahəsini yuyub, yolları və körpüləri dağıdıb.

Xilasedicilər ümumilikdə 740 min nəfəri təhlükəli yerlərdən təxliyə edib. Onlardan 395 min nəfəri 652 müvəqqəti yaşayış düşərgələrinə köçürülüb, digərləri qohumlarının və dostlarının evlərində sığınacaq tapıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm