Dünya
Türkiyənin suverenliyinə təhdid: “Bu əraziləri bizə ver, yoxsa...”
Türkiyə Hatay bölgəsi ilə İskəndərun qəsəbəsini bizə
versin, aramızdakı bütün problemlər həll olunsun.
Publika.az xəbər verir ki, bu barədə terror
təşkilatı PKK-nın Suriya qolu olan PYD-yə bağlı silahlı qruplar
açıqlama yayıblar.
Terrorçular Türkiyənin Cerablusdan çıxmasını da tələb
edirlər.
Məlumata görə, PYD-nin silahlı qanadı YPG tərəfindən Suriyanın Tel Rıfat qəsəbəsində Türkiyəyə qarşı “Suriya milli dirənişi” adı ilə silahlı qrup yaradılıb. Lakin silahlı qrupun nümayəndəsi kimi çıxış edən Reza Hido PKK və PYD ilə bağlantılarının olmadığını iddia edib.
“Türkiyə Cerablusdan çıxmalı, İsgəndərun qəsəbəsini, həmçinin,
bütövlükdə Hatay bölgəsini bizə verməlidir. Bura Suriya ərazisidir.
Əgər bunu qəbul edərlərsə, problem həll olunar”.
Silahlı qrupun nümayəndəsi əks təqdirdə müharibənin davam edəcəyini və iddia etdikləri əraziləri Türkiyədən almaq üçün hərəkətə keçəcəklərini bəyan edib.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK