Krımın qiyməti nə qədər olar?- Rusiyadan Ukraynaya şok təklif
Bizi izləyin

Dünya

Krımın qiyməti nə qədər olar?- Rusiyadan Ukraynaya şok təklif

Krımın qiyməti nə qədər olar?- Rusiyadan Ukraynaya şok təklif

Rusiya Krım işğalının tanınması qarşılığında Ukraynaya maliyyə yardımı etməyə hazırdır.

Publika.Az – ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda Almaniya maliyyə naziri Volfqanq Şoyble ilə görüşən Rusiya maliyyə naziri Anton Siluanov bildirib.

O, qeyd edib ki, Rusiyadan maliyyə yardımı ala bilməsi üçün Krımın Rusiyaya birləşməsinin Ukrayna tərəfindən tanınması vacibdir. Maliyyə yardımının nə qədər ola biləcəyi barədə isə məlumat verilməyib. “Rusiya Krımdan imtina qarşılığında Ukraynaya maliyyə vəsaiti ödəməyə hazırdır”, - Almaniyanın maliyyə naziri ilə görüşdən sonra A.Siluanov söyləyib.

Qeyd edək ki, BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Qətnaməni Azərbaycan da dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm