Türkiyə ordusu İRAQA GİRDİ
Bizi izləyin

Dünya

Türkiyə ordusu İRAQA GİRDİ

Türkiyə 48-ci Sərhəd Briqada Komandanlığının 600 nəfərdən ibarət iki batalyonu İraqa keçib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda hərbi mənbələrdən bildirilib.

Məlumata görə, İraqın şimalındakı Kelaspi dağının ətəklərindən 40 nəfərlik PKK qrupunun Türkiyəyə sızmaq üçün hazırlaşdığı müəyyən edilib. Kəşfiyyat məlumatı alındıqdan sonra 600 əsgərlik iki batalyon Şırnak vilayətindən İraq torpaqlarına sentyabrın 10-dan 11-nə keçən gecə saat 3.00 radələrindən keçərək 4 kilometrə qədər irəliləyib.

İki batalyondan biri operativ əməliyyat, digəri isə mühafizə tapşırığı almışdı. Əməliyyatın gedişatında PKK qrupundan 10-ə yaxın terrorçu öldürülüb. Əməliyyatdan xəbər tutan terrorçuların bir hissəsi qaçıb. Təşkilat üzvləri qaçarkən silah və sursatlarını ərazidə qoyublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm