Şimali Koreya xəritədən silinəcək: NÜVƏ TƏHDİDİ
Bizi izləyin

Dünya

Şimali Koreya xəritədən silinəcək: NÜVƏ TƏHDİDİ

Şimali Koreya “Pxenyanın xəritədən silinməsi” təhdidinə cavab verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi ölkənin nüvə gücünün davamlı şəkildə artırılacağını bildirib.

“Məhz ABŞ bizi nüvə döyüş başlığının hazırlamağa itələyən gunahkardır. Nüvə təhdidi və ABŞ-ın şantajı bir neçə on ildir ki, hər gün davam edir”, - diplomatın bəyanatında deyilir.

Cənubi Koreya hakimiyyəti bildirir ki, Koreya Xalq Demokratik Respublikası növbəti - altıncı nüvə sınağını həyata keçirməyə hazırdır. Daha isə Cənubi Koreya KİV-i qeyri-rəsmi informasiya yayıb ki, Seul Şimali Koreyanın nüvə təhlükəsinə cavab planı hazırlayıb.

“Nüvə silahından istifadə üzrə istənilən əlamət nümayiş etdirilərsə, Pxenyanın hər rayonu, xüsusilə Şimali Koreya rəhbərliyinin olduğu ehtimal edilən ərazilər ballistik raketlərlə tamamilə məhv ediləcək. Başqa sözlə, Koreya Xalq Demokratik Respublikasının paytaxtı xəritədən silinəcək”, – “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyindəki mənbədən sitat gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm