Məşhur yazıçı öldü
Bizi izləyin

Dünya

Məşhur yazıçı öldü

Məşhur rusiyalı yazar Viktor Pelevinin fanatları onun Almaniyada seans zamanı öldüyü barədə məlumat yayıblar.

Publika.az xəbər verir ki, bu barədə yazıçının “Facebook”dakı fan səhifəsində məlumat paylaşılıb.

Paylaşıma yazılan şərhlərdə ölüm xəbərinin yalan olduğu bildirilib. Lakin hələ ki, məlumat nə təsdiq, nə də təkzib edilib.

Qeyd edək ki, Viktor Oleqoviç Pelevin 1962-ci ildə noyabrın 22-də Moskvada anadan olub. İxtisasca mühəndis-elektromexanikdir.

Pelevinin ilk yaradıcıllıq məhsulu “Cadugar İqnat və insanlar” olub (Колдун Игнат и люди). Bundan başqa, "Göy fənər" (1992), "Omon Ra" (1993), "Üst Dünyanın qavalı" (1996), "Alt Dünyanın qavalı" (1996), "Çapayev və Boşluq" (1996) başlıqlı beş kitabın müəllifi olan yazıçının əsərləri bir çox dünya dillərinə çevrilib. "Büllur dünya", "Sarı ekspress", "Həşəratların həyatı" və "P nəsli" (Generation P) əsərləri ona böyük şöhrət gətirib. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm