Hicablı qadın bərbərə qəbul edilmədi
Bizi izləyin

Dünya

Hicablı qadın bərbərə qəbul edilmədi

Norveçdə qadın bərbər hicablı qadını müştəri olaraq qəbul etməyib.

Publika.az xarici mətbuata istinadən bildirir ki, Malika Bayan adlı hicablı qadın dini baxışına görə, ayrıseçkiliyə məruz qaldığını önə sürərək bərbərə qarşı iddia qaldırıb.

Norveç məhkəməsi Meret Xodn adlı qadın bərbəri ayrıseçkilik etdiyinə görə 10 min Norveç kronu cərimə edib.

Norveçli bərbər isə məhkəmədə hicabı dini simvoldan daha çox, onu qorxudan siyasi bir simvol olaraq gördüyünü bildirib.


“Hicab gördüyümdə ağılıma hər hansı bir din deyil, totalitar ideologiyalar və rejimlər gəlir”,- deyə bərbər qadın özünü müdafiə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm