Yeni baş nazirin Sarkisyanın qarşısında qoyduğu GİZLİ ŞƏRTLƏR
Bizi izləyin

Dünya

Yeni baş nazirin Sarkisyanın qarşısında qoyduğu GİZLİ ŞƏRTLƏR

Ermənistanın yeni təyin olunan baş naziri Karen Karapetyan prezident Serj Sarkisyana artıq diktə etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

Qəzet hakimiyyət daxilindəki mənbəyə istinadən bildirib ki, yaxın vaxtlarda dövlət gəlirləri komitəsinin rəhbəri Ovanes Ovsepyan vəzifəsindən uzaqlaşdırıla bilər.

“Onun yerinə isə “Qazprom-Ermənistan” şirkətinin direktoru Vardan Artünyan təyin ediləcək. Bir neçə gün sonra hər şey aydın olacaq”, - deyə məlumatda qeyd olunur.

Mənbə deyib ki, Karen Karapetyan baş nazir postuna gəlməmişdən əvvəl şəxsi kadrlarını yerləşdirməklə bağlı Sarkisyanın qarşısına şərt qoyub və onun razılığını alıb: “Digər tərəfdən, Sarkisyan da özünün qurtulmaq istədiyi məmurları yeni baş nazirin əli ilə uzaqlaşdırmaq niyyətindədir”.

Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyan ötən həftə vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə isə “Qazprom”da işləyən, Rusiyanı adamı kimi tanınan Karen Karapetyan gətirilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm