• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Kərimovun qızı açıqladı: 300 yaşlı məscid “İslam ata” adını daşıyacaq – VİDEO/FOTO

  • Dünya
  • 13 Sentyabr 2016 15:57
  • 1 150 Baxış
Kərimovun qızı açıqladı: 300 yaşlı məscid “İslam ata” adını daşıyacaq – VİDEO/FOTO

Özbəkistanın paytaxtı Daşkənddə 300 yaşı olan məscid mərhum prezident İslam Kərimovun adını daşıyacaq.

Publika.az xəbər verir ki, bu barədə İslam Kərimovun kiçik qızı Lola Kərimova “facebook” hesabında məlumat verib.

L.Kərimova bildirib ki, Qurban bayramı ərəfəsində özbək xalqı ilə yaxşı bir xəbəri bölüşmək istəyir: “Tezliklə Daşkənddə “İslam ota” (İslam ata) məscidi yenilənmiş formada istifadəyə veriləcək”.

Qeyd edək ki, 2015-ci ildə yanğın zamanı 300 yaşlı məscidə ciddi zərər dəyib. Hazırda məsciddə əsaslı təmir-bərpa işləri gedir. Kompleksin ərazisi 5400 kvadrat metrə çatdırılıb.

L. Kərimova bildirib ki, bundan sonra bu məscid İslam Kərimovun adını daşıyacaq.

“Məscidin bərpası üçün işlər ötən ilin sonunda başlandı və 9 aydır davam edir. Din xadimləri və ictimaiyyət nümayəndələrinin təklifi ilə İslam Kərimovun xatirəsinə görə bu məscidə “İslam ota” adı veriləcək”.

Genişləndirilən məscid Orta Asiya arxitekturasının ənənələrinə və Asiya üslubuna uyğun inşa olunub. Məscidin əsas günbəzi 22,1 metr, böyük minarə 36,65 metrdir. Bununla yanaşı, hər biri 10,82 metr olan dörd kiçik minarə də var.

L. Kərimova bu məscidin gələcəkdə də mənəvi yer və maarifin mənbəyi olacağına inandığını bildirib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR