Türkiyə “TIR”ları yenidən Suriyada – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə “TIR”ları yenidən Suriyada – FOTOLAR

Uzun vaxtdan sonra Türkiyəyə məxsus yardım daşıyan 20 ədəd “TIR” Suriyaya yola düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən yük avtomobilləri artıq Cilvegözü sərhəd keçid məntəqəsindən Suriya ərazisinə daxil olub.

Məlumata görə, ötən gündən etibarən Suriyada imzalanan atəşkəs razılaşmasından dərhal sonra Türkiyə bu ölkəyə hümanitar yardım daşıyan 20 ədəd “TIR” göndərib.

Xatırladaq ki, 2013-cü ildən sonra Türkiyəyə məxsus yardım daşıyan “TIR”ların Suriya ərazisində hərəkətinə əngəllər yaradılıb. Hətta bir neçə dəfə Türkiyə “TIR”ları Suriyada İŞİD terror təşkilatı və Bəşər Əsəd ordusu tərəfindən partladılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm