Türkiyənin məxfi məlumatlarını PKK-ya ötürdülər
Bizi izləyin

Dünya

Türkiyənin məxfi məlumatlarını PKK-ya ötürdülər

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra FETÖ ilə bağlı 117 səhifəlik cinayət işi açılıb.

Publika.az xəbər verir ki, ortaya çıxan faktlarda Türkiyənin necə ələ keçiriləcəyinə dair diqqətçəkən detallar var.

Məlumata görə, siyasi iqtidarların diqqətini çəkməmək üçün “xidmət hərəkatı” adı altında fəaliyyət göstərən FETÖ Türkiyə əleyhinə casusluq edib. Fəaliyyəti boyunca istəklərini həyata keçirmək üçün şantaj, sui-qəsd, hədə-qorxu, tələ kimi vasitələrdən istifadə edib.

FETÖ Türkiyə ordusunda və digər dövlət strukturlarındakı məxfi sənədləri PKK-ya sızdırıb. Nəticədə, terrorçular Türkiyəyə qarşı qanlı hücumlarını asanlıqla həyata keçirə biliblər.

Məlumata görə, FETÖ üzvləri PKK terrorçularına hərbiçilərin bir-biri ilə əlaqə saxladığı simsiz telefonların kodlarını verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm