Ərdoğan sərt danışdı: “O alçaqları tökdükləri qanda boğacağıq”
Bizi izləyin

Dünya

Ərdoğan sərt danışdı: “O alçaqları tökdükləri qanda boğacağıq”

“79 milyon tək millətdir. Qardaşlarım bu birliyi təmin edəcək. Bu mübarək bayram günündə Vanda 1000 kiloqram bombanı partladan alçaqları tez, ya da gec tökdükləri qanda boğacağıq. Dövlətin içində dövlət olmaz. İstər Pensilvaniyaya, istər başqa yerə qaçsın, sona qədər qovacağıq”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Onun sözlərinə görə, xalqa can borcumuz var.

“Can borcumuz və digər borclarımız var. Dövlət çevrilişi etmək istəyənlərin başında FETÖ mənsubları durur. 15 iyul bu oyunun bir mərhələsi idi. İraqı, Suriyanı, Əfqanıstanı qarışdırdılar. Bu hələ də davam edir. İslam dünyasında oyunlar oynayırlar. Millətimiz bizdən bu oyunu pozmağımızı istəyir. Əvvəlcə FETÖ deyilən təşkilatın bütün ünsürlərini millətə bir daha xəyanət edə bilməyəcək vəziyyətə saldıq. Bu istiqamətdə önəmli məsafə qət etdik”.

Ərdoğan FETÖ ilə PKK-nın hədəfinin eyni olduğuna diqqət çəkib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm