Kim Çen In özünə “düşmən avtomobili” aldı – FOTOLAR
Bizi izləyin

Dünya

Kim Çen In özünə “düşmən avtomobili” aldı – FOTOLAR

Hər zaman Qərbə qarşı açıq və sərt addımları ilə tanınan, ABŞ və Qərbi Avropanı özünə “düşmən” elan edən Şimali Koreya lideri Kim Çen In özünə Böyük Britaniya istehsalı olan yeni xidməti avtomobil alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya liderinin yeni avtomobili “ingilis əfsanəsi” adlanan “Range Rover Vogue” modelidir.

Kim Çen In bu avtomobillə qarğıdalı sahəsinə baxış keçirən zaman görüntülənib. O, sözügedən avtomobillə qarğıdalı zəmisinə baş çəkib.

Xatırladaq ki, Kim Çen In daha çox Rusiya istehsalı olan avtomobillərdən istifadə etsə də, ancaq onun “şəxsi qarajında” Almaniya istehsalı olan “Mercedes-Benz” modelləri də yer alır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm